Drummonda sabunağacı
Drummonda sabunağacı (lat. Sapindus drummondii) — Quraqlığa davamlı, isti və günəş sevən bitkidir.
== Təbii yayılması ==
Şimali Amerikada, Arkanzas, Luiziana, Texas, Missuri, Kanzas, Nyu-Meksika, Arizoniya, Şimali Meksikada yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 15 m, diametri isə 30 sm-ə çatan, gövdəsinin qabığı qırmızı-qonur rəngli olmaqla lövhəciklər şəklində pulcuqlanan ağacdır. Budaqları bozumtul rəngdə olub, çoxlu mərcilərlə örtülüdür. Yarpağın saplağı tükcüklərlə örtülü olur, sonradan çılpaqlaşır, Yarpaqcıqlar demək olar ki, oturaqdır, növbəli və ya qarşılıqlı düzülüşə malikdir, üstdən parlaq, çılpaq yaşıl rəngli, altdan ağımtıl olub, tükcüklərlə örtülüdür. Yumurtavarı-lanset, bəzən uzunsov-lansetşəkilli olub, 6 sm uzunluğunda, 1,5–2,5 sm enindədir. Budaqlarında yarpaqcıqlar 14 sm enində olur. Çiçəkləri sarımtıl-ağ rəngdə, çiçək qrupu seyrək, 15–25 sm uzunluqda süpürgəyə toplanaraq tükcüklərlə örtülü budağa malikdir. Kasayarpaqları iti, kirpikciklidir.