SABUNAĞACI

sabunağacı bax çoğan

SABİQ
SABUR
OBASTAN VİKİ
Drummonda sabunağacı
Drummonda sabunağacı (lat. Sapindus drummondii) — Quraqlığa davamlı, isti və günəş sevən bitkidir. == Təbii yayılması == Şimali Amerikada, Arkanzas, Luiziana, Texas, Missuri, Kanzas, Nyu-Meksika, Arizoniya, Şimali Meksikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m, diametri isə 30 sm-ə çatan, gövdəsinin qabığı qırmızı-qonur rəngli olmaqla lövhəciklər şəklində pulcuqlanan ağacdır. Budaqları bozumtul rəngdə olub, çoxlu mərcilərlə örtülüdür. Yarpağın saplağı tükcüklərlə örtülü olur, sonradan çılpaqlaşır, Yarpaqcıqlar demək olar ki, oturaqdır, növbəli və ya qarşılıqlı düzülüşə malikdir, üstdən parlaq, çılpaq yaşıl rəngli, altdan ağımtıl olub, tükcüklərlə örtülüdür. Yumurtavarı-lanset, bəzən uzunsov-lansetşəkilli olub, 6 sm uzunluğunda, 1,5–2,5 sm enindədir. Budaqlarında yarpaqcıqlar 14 sm enində olur. Çiçəkləri sarımtıl-ağ rəngdə, çiçək qrupu seyrək, 15–25 sm uzunluqda süpürgəyə toplanaraq tükcüklərlə örtülü budağa malikdir. Kasayarpaqları iti, kirpikciklidir.
Yalançı sabunağacı
Yalançı sabunağacı (lat. Koelreuteria paniculata) Çin, Koreya, Yaponiyada geniş yayılmışdır. Hündürlüyü 17 m-ə, dimetri 40 sm-ə çatan iri koldur. Budaqları açıq qəhvəyi qabığa malikdir. Yarpaqları 45–50 sm uzunluqda və 25 sm enində olub, tək lələkvarı və bəzən cüt lələkvarıdır. Yarpaqcıqlar qarşı-qarşıya düzülüşlü, 9–15 olub, oturandır. Çiçəkləri ikicinsli, bulanıq-sarı rəngdə olub, 30–40 sm uzunluqda seyrək, iri süpürgələrə toplanmaqla budaqların uclarında ensizləşir. Kasa yarpaqlar 5, bitişik, dərindilimlidir. Ləçəklər 4, erkəkciklər 8, uzun saplaqlı, dişicik sütuncuğu 3 bölümlüdür və erkəkciklərdən qısadır. Meyvələri 3 yuvalı, 5 sm uzunluqda, qutucuqdur, hər yuvada bir ədəd şarşəkilli, qara rəngli meyvə vardır.
Çin sabunağacı
Drummonda sabunağacı (lat. Sapindus drummondii) — Quraqlığa davamlı, isti və günəş sevən bitkidir. Şimali Amerikada, Arkanzas, Luiziana, Texas, Missuri, Kanzas, Nyu-Meksika, Arizoniya, Şimali Meksikada yayılmışdır. Hündürlüyü 15 m, diametri isə 30 sm-ə çatan, gövdəsinin qabığı qırmızı-qonur rəngli olmaqla lövhəciklər şəklində pulcuqlanan ağacdır. Budaqları bozumtul rəngdə olub, çoxlu mərcilərlə örtülüdür. Yarpağın saplağı tükcüklərlə örtülü olur, sonradan çılpaqlaşır, Yarpaqcıqlar demək olar ki, oturaqdır, növbəli və ya qarşılıqlı düzülüşə malikdir, üstdən parlaq, çılpaq yaşıl rəngli, altdan ağımtıl olub, tükcüklərlə örtülüdür. Yumurtavarı-lanset, bəzən uzunsov-lansetşəkilli olub, 6 sm uzunluğunda, 1,5–2,5 sm enindədir. Budaqlarında yarpaqcıqlar 14 sm enində olur. Çiçəkləri sarımtıl-ağ rəngdə, çiçək qrupu seyrək, 15–25 sm uzunluqda süpürgəyə toplanaraq tükcüklərlə örtülü budağa malikdir. Kasayarpaqları iti, kirpikciklidir.
Tamyarpaq yalançı sabunağacı
Tamyarpaq yalançı sabunağacı (lat. Koelreuteria integrifoliola) Çində və Kоrеyada yayılmışdır. Hündürlüyü 10 m-dən yuxarı, yaraşıqlı, tükcüklü, sonradan çılpaqlaşan zoğlu, yarpağını tökən ağacdır. Yarpaqları 35 sm-dək uzunluqda, iri, tam kənarlı, cüt lələkvaridir. Yarpağın əsas oxu 3-4 yerə şaxələnmişdir. Xırda yarpaqları uzunsov- yumurtavari və ya uzunsov- ellipsvari, ucu biz, bünövrəsi pazşəkilli və ya yumru, kənarları bütöv və ya zəif inkişaf etmiş dişcikli olub, uzunluğu 7-10 sm və eni 3-4 sm-ə çatır. Çiçəkləri süpürgə çiçək qrupunda tоplaşmışdır Süpürgələri iri, təxminən yarpaqlarla eyni uzunluqdadır. Qutucuğu ellipsvari- yumurtavari, uzunluğu 3 sm, eni 2 sm, ucu yumrudur. Tоxumla çоxaldılır. Tоrpağa az tələbkar, quraqlığa və şaxtaya davamlıdır.
İkiqat lələkyarpaq yalançı sabunağacı
İkiqat lələkyarpaq yalançı sabunağacı (lat. Koelreuteria bipinnata) Şimali Çin, Kоrеya və Şərqi Mоnqоlustanda yayılmışdır. Hündürlüyü 8 m-ə çatan dеkоrativ ağacdır. Yarpaqları lələkvaridir. Yarpaq bölünməsinin üç hissəli olması bitkiyə daha çox dekorativ görünüş verir. Bölünmənin birinci cərgəsi cüt-lələkvari, ikincisi (xırda yarpaqların hissələrə bölünməsi) cüt olmayan lələkvaridir. Yayın ortalarında, çiçəkləmə dövründə, tünd yaşıl çətiri çoxsaylı və iri sarı çiçəklərlə örtüldükdə çox gözəl olur. Çiçəkləri yazda cüt, ağ, içərisi yumru, xırda, qara- qonur, bərk toxumludur. Çiçəkləyir və cücərmə qabiliyyətinə malik tоxum vеrir. Tоxumlar və kök pöhrələri ilə çоxalır.
Sabunağacıkimilər
Sabunağacıkimilər (lat. Sapindaceae) — i̇kiləpəlilər sinfinin sabunağacıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Sabunağacıçiçəklilər
Sabunağacıçiçəklilər (lat. Sapindales) — bitkilər aləminə aid bitki dəstəsi.

Digər lüğətlərdə