Sahilə İbrahimova
Sahilə İbrahimova (1985, Sumqayıt) — Azərbaycan yazıçısı. Feminist yazıçı, esseist, "Karusel" ədəbi jurnalının təsisçisi, "Açıq hava kitabxanası" layihəsinin ideya müəllifi, Prezident təqaüdçüsü (2010/11). "Yaya" təxəllüsü ilə əsərlər yazır.
== Həyatı ==
Sahilə İbrahimova 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi ixtisası üzrə bakalavr, ardınca yenə həmin universitetin həmin fakültəsində etnologiya-etnopsixologiya ixtisası üzrə magistr dərəcəsi alıb.2006–2008-ci illərdə Gənclər və İdman Nazirliyinin layihəsi olan "Azərbaycan Gənclər Parlamenti"nin üzvü olub.Ailəlidir, 2 övladı var.
== Yaradıcılığı ==
İlk hekayəsi "Şirlə Sahilin nağılı" əsəri hələ 8 yaşında ikən "168 saat" qəzetində çap olunmuşdur. Eyni zamanda, o ərəfələrdə Qarabağ münaqişəsindən bəhs edən "Yanmış evin nağılı" adlı tamaşada Nigar rolunu oynayıb.2006-cı ildən peşəkar ədəbi yaradıcılıqla məşğuldur. 2009-cu ildə Azadlıq Radiosunun "Ədəbi Azadlıq" qısa hekayə müsabiqəsində 2 hekayəsi — "Mən deyildim" və "Avqustun iyirmi üçünə üç gün qalmış" hekayələri 130 müəllifin 150 əsəri içərisindən gizli səsvermə nəticəsində ilk onluğa düşmüşdür.
2010-cu ildə hekayələrdən ibarət "Varlı kişinin portmanatı" adlı ilk kitabı çapdan çıxmışdır.
2010–11-ci illərdə Prezident təqaüdü alıb.2012-ci ildə "Yuxarı və aşağı ətraflar" adlı növbəti kitabı yayımlanıb.