SAKİTLƏŞMƏK

1. SAKİTLƏŞMƏK Müəllim bir qədər sakitləşdikdən sonra hamının eşidə biləcəyi bir yüksəklikdə son siyasi hadisələrdən danışır, sağların hərəkətlərini tənqid edirdi (A.Şaiq); ACIĞI YATMAQ (fr. v.) Ona görə də dərhal acığı yatdı.. (S.S.Axundov); KİRİMƏK [Paşa:] Nə olar, uşaq döyülərdə, ağlar da, kiriyər də! (Mir Cəlal); SAKİT OLMAQ Bunlar axırda sakit oldular (S.S.Axundov); TOXTAMAQ Fərəc: Siz bir az toxtayın, biz hamısını başa salarıq (Anar).

2. SAKİTLƏŞMƏK, TƏSKİNLİK TAPMAQ, RAHATLANMAQ

SAKİT
SAKİTLİK

Digər lüğətlərdə