SEYRƏK

Bu sözün qədim forması sedrək kimi olub, Birinci hecada d-y əvəzlənməsi baş verib. Kökü seyrə (sedrə) feilidir və “редеть” mənasını əks etdirib. -k şəkilçisi isə seyrə feilindən sifət əmələ gətirib. Kökün seyrə olmasını bir də o sübut edir ki, seyrə-l-mək (seyrəltmək) kəlməsi də mövcuddur. Yumşa-q, yumşa-l qəlibi üzrə seyrə-k, seyrə-l sözləri yaranıb. İndi kök müstəqil işlədilmir. Az olmaq, heç olmamaq mənalarını verən sıra kəlməsi olub (sonra şəkilçiyə çevrilib), güman ki, seyrək sözü onunla qohumdur. Ara-sıra sözündəki sıra hissəsi də seyrək kəlməsi ilə qohumdur. Başqa variant da söyləmək olar: sed (seyrək)sıx sözləri haçansa qohum olub, sonra bir-birinin antoniminə çevrilib. Dildə belə faktlar var. Məsələn, səs ismi ilə susmaq feili eyni kökə malikdir, amma əks məna­larda işlədilir. Çuvaş dilində də seyrəmək feili “azalmaq” deməkdir. Seyrək “az-az” mənasını əks etdirir. Xalis türk sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SEYRAN
SEYRƏQİB
OBASTAN VİKİ
Seyrək-çiçəkli səhləb

Значение слова в других словарях