SƏHİFƏ

Ərəbcədir (əsli: səfe), cəm forması səfəhat kimidir, bizdə təhrif olunub və səhifə şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SƏHƏNG
SƏHİYYƏ
OBASTAN VİKİ
Səhifə
Səhifə — bir vərəq kağızın hər hansı bir tərəfi. Veb-səhifə — xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Həyat səhifəsi — tarixin, həyatın müəyyən bir hissəsi. Yaddaş səhifəsi —virtual yaddaşın təşkili üsulu, fiziki yaddaş fraqmenti ( səhifə ).
Ana Səhifə
Səhifə başlığı
Səhifə başlığı (header) – mətinlərin emalı və çap sistemlərində: səhifənin yuxarısında çap edilən bir və ya bir neçə sətirdir. Yuxarı kolontitul yalnız birinci səhifədə, yaxud bütün səhifələrdə çap edilə bilər, cüt və tək səhifələrdə müxtəlif ola bilər, mərkəzə, sol qırağa və sağ qırağa görə düzləndirilə bilər. Yuxarı kolontitul, adətən, səhifənin nömrəsindən və eləcə də tarixdən, müəllifin adından və ya sənədin titul başlığından ibarət olur. Başlıq – sənədi tanıdan və onun qalan tərkibindən öndə gələn müəyyən informasiya elementidir. Başlığın özəlliyi onun istifadə olunduğu kontekstlə müəyyənləşir, məsələn: rabitə sistemlərində başlıq, verilənlər paketindən öndə gələn və idarəedici simvollardan, məsələn, göndərən və alan stansiyanın identifikasiyalarından ibarət olan baytlar qrupudur; verilənlər bazasında başlıq, sahələri və verilənlər yazılarında olan informasiyaların tiplərini müəyyənləşdirən yazıdır; verilənlərin saxlanması sistemlərində faylın başlığı verilənlər faylının "kimliyini" müəyyənləşdirir; o, faylın adından, ölçüsündən, yaradılma və ya dəyişdirilmə tarixindən və vaxtından ibarət olur; başlıq verilmiş faylı yaradan proqramın da "kimliyini" müəyyənləşdirə bilər; proqramlaşdırmada başlıq (header və ya heading), ondan dərhal sonra gələn proqramı, funksiyanı və proseduru tanıdan sətirdir; çalışdırılabilən proqramlarda başlıq, proqramın ölçüsünü, yerləşmə yerini və onun haqqında başqa məlumatları özündə saxlayan verilənlər blokudur; qurğuların idarəedilməsi vasitələrində qurğunun başlığı, bu qurğunun idarəolunması proqramının (qurğunun drayverinin) başlanğıcında həmin qurgu haqqında təsviri xarakterli informasiya blokudur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Səhifə düzəni
Səhifə düzəni (ing. page layout) — sənədin səhifələrində mətnin və qrafikanın yerləşdirilməsi prosesi. Səhifə düzəni ilə işləyə bilən proqramlar mətnin ayrı-ayrı hissələrinin yerlərini dəyişdirə və mətn üzərində aparılan xüsusi əməliyyatları dəstəkləyə bilir; onlar bir çox cəhətdən mətn prosessorlarına nisbətən yavaş işləsələrdə, mətnin bir neçə sütuna bölünməsi, rəng ayrımı, kerninqvə sözlərin sətirdən-sətrə keçirilməsi kimi mürəkkəb əməliyyatları yerinə yetirə bilir. Növbələnmə İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 625 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Veb-səhifə
Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar. Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s. Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər: Səhifənin başlığı (banner); Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur; Qrafik təsvirlər; Mətn blokları.
Veb səhifə
Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar. Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s. Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər: Səhifənin başlığı (banner); Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur; Qrafik təsvirlər; Mətn blokları.
Əsas səhifə
Əsas səhifə (ing. homepage; türk. anasayfa) — hər hansı bir internet saytına girildiyində qarşımıza gələn ilk səhifə və ya web saytının başlanğıc səhifəsi mənalarına gəlir. Bu xüsusi URL-ləri ən ümumi və məşhur istifadəsində olan və bu səhifənin fayl adı ümumiyyətlə index.html-dir.
Baş səhifə
Başlanğıc səhifə
Əsas səhifə və ya ana səhifə — veb-saytın əsas veb-səhifəsi. Həmçinin bu termin proqram ilk açıldığında veb-brauzerdə göstərilən başlanğıc səhifəsinə də istinad edə bilər. Adətən ana səhifə veb-saytın domen adının və ya subdomen adının kökündə yerləşir. Məsələn, domen misal.com kimidirsə, ana səhifə çox güman ki, www.misal.com/ ünvanında yerləşir.
Səhifə təsviri dili
Səhifə təsviri dili (page-description language - PDL) – printerə və ya ekrana çıxarılan verilənləri təsvir etmək üçün tətbiq olunan proqramlaşdırma dili (məsələn, PostScript); səhifə təsviri dilinin göstərişləri əsasında printer və ya ekran səhifənin görüntüsünü formalaşdırır. PDL dilləri başqa proqramlaşdırma dilləri kimidir; onlar proqramın məntiqi axınını idarə etməyə və beləliklə də olduqca mürəkkəb görüntülər yaratmağa imkan verir. Səhifə təsviri dili təkcə spesifikasiyanı (məsələn, şriftləri və onların ölçülərini) verir, simvolların və qrafikanın çəkilməsi elə bağlı bütün işlər isə çıxış qurğusunun üzərinə düşür. Bu cür yanaşmada işin konkret realizasiyası çıxış qurğusundan asılı olduğundan, səhifə təsviri dili aparatdan asılı deyil, yəni PDL dilini başa düşən istənilən printer və ya digər çıxış qurğusu bu dildəki təsvirinə görə görüntünü yarada bilər. Ancaq bu imkanlar “o qədər də ucuz başa gəlmir”; səhifə təsviri dili tələb edir ki, printerlərin öz prosessorları və fərdi kompüterin yaddaşı ilə müqayisə oluna biləcək qədər (bəzən hətta artıq) yaddaşı olsun. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.
Səhifə ər-Rza
Səhifə ər-Rza (ərəb. صَّحِيفَة ٱلرِّضَا‎, ; hərf. Rzanın səhifələri), həmçinin Səhifət əl-İmam ər-Rza ("İmam Rzanın səhifələri") — səkkizinci şiə imamı Əli ibn Musa ər-Rzaya aid edilən və 240 hədisdən ibarət toplu. "Rzanın səhifələri" şiə inancının əsas mənbələrindən biridir və İbn Bəbaveyhi və Şeyx Təbərsi kimi şiə alimlərinin diqqətini cəlb etmişdir. Burada müxtəlif mövzularda, o cümlədən Allaha dua. gündə beş vaxt namaz qılmağın və ölülər üçün dua oxumağın əhəmiyyəti, Məhəmmədin əhli-beytinin, möminin, ədəbin, Məhəmməd və Əhməd adlarının, müxtəlif yeməklərin, meyvələrin və məlhəmlərin, ata-anaya sədaqətin, qohumluq əlaqələrinin möhkəmlənməsinin və cihadın fəziləti, fırıldaq, qeybət və ya söz-söhbətə qarşı xəbərdarlıq və digər müxtəlif adət-ənənələr haqqında hədislər var. Məhəmmədin əhli-beytinə aid bölmədə onun on dörd üzvünün hər biri ayrı-ayrılıqda müzakirə edilir. Kitabın ilk dəfə Abdullah ibn Əhməd ibn Əmir tərəfindən yazıldığı iddia edilmişdir. O, kitabın məzmununu atası Əhməd ibn Əmirdən, Əhməd ibn Əmir isə öz növbəsində 809–810-cu illərdə ildə Mədinədə Əli ər-Rzadan eşitdiyini söyləmişdir. Abdullah ibn Əhməd ibn Əmir sonradan mühüm şiə alimlərindən biri olan Nəcaşi tərəfindən etibarlı hədis ravisi kimi tanınmışdır. 1921–1922-ci illərdə "əl-Mahid" nəşriyyatı tərəfindən Qahirədə çap olunmuş versiya bu müəlliflik zənciri ilə başlayır: Əllamə Əbdülvasi, Şeyx Əbdülvasi, İmam Qasim ibn Məhəmməd, Şeyx Seyid Əmirəddin ibn Abdullah, Seyid Əhməd ibn Əbdüllahir, İmam Mütəhhər ibn Məhəmməd ibn Süleyman, İmam Mehdi Əhməd ibn Yəhya, Süleyman ibn İbrahim ibn Ömər Ələvi, atası İbrahim, Rizaəddin İbrahim ibn Məhəmməd Təbərni Təbrizi, Hafiz İbn Əsəkir, Zahir Sincani, Hafiz Beyhəqi, Əbulqasim Müfəssir, İbrahim ibn Xurə, Əbulqasim Abdullah ibn Əhməd ibn Əmirəltayi, Əli Rza, atası Musa, atası Cəfər, atası Məhəmməd, atası Əli, atası Hüseyn, atası Əli ibn Əbu Talib.
Azərbaycan: Tarixdən səhifələr (film, 2008)
Azərbaycan: Tarixdən səhifələr — rejissor Nizami Abbasın 2006-2008-ci illərdə çəkdiyi dördseriyalı sənədli film. == Film haqqında == Dördseriyalı sənədli film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilib. Ekran əsəri Azərbaycan tarixinin müxtəlif dövlərini əhatə edir. Filmin ilk seriyası 2006-cı ildə çəkilib. Filmdə Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin materiallarından istifadə olunub.
Drakula: Bakirənin gündəliyindən səhifələr (film, 2002)
Drakula: Bakirənin gündəliyindən səhifələr (ing. Dracula: Pages from a Virgin's Diary) — 2002-ci ildə istehsal olunmuş Kanada filmidir.
Kod səhifəsi
Kod səhifəsi (ing. codepage) – MS-DOS əməliyyat sisteminin 3.3 və sonrakı versiyalarında: çeşidli ölkələr üçün simvollar yığınını və klaviatura düzümünü dəstəkləmə vasitəsi. Kod səhifəsi proqramda istifadə olunan simvolların ikilik kodlarına klaviaturanın klavişlərinin və ya həmin simvolların ekran görüntülərinin uyğun qoyulduğu cədvəldir. Bundan başqa, kod səhifəsi müvafiq milli əlifbanın simvollarının sıralanma ardıcıllığını müəyyənləşdirir. İstənilən kod səhifəsinin ilk 128 simvolu standart ASCII yığınına, sonrakı 128 simvol isə genişləndirilmiş ASCII yığınına uyğun olur və hər bir kod səhifəsi üçün unikal olur. Displey və klaviatura kimi qurğuların konfiqurasiyasını konkret kod səhifəsinin tətbiqinə, eləcə də istifadəçinin istəyinə uyğun olaraq bir kod səhifəsindən başqasına və əksinə keçmək imkanına kökləmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Onun taleyinin səhifələri (film, 1986)
Film iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Ali Sovetlərinin deputatı Şamama Həsənova haqqında danışır.
TeX səhifələmə sistemi
TeX <tex> – kompüter mətbəəsi yaratmaq məqsədilə Amerika alimi Donald Knut (Donald Knuth) tərəfindən işlənib hazırlanmış səhifələmə sistemi. Mürəkkəb riyazi düsturları yazmaq imkanlarına görə akademik dairədə, xüsusən riyaziyyatçılar və fiziklər arasında populyardır. Sərbəst (havayı) yayılan proqram təminatıdır. TeX riyazi düsturlar üçün xüsusi mətn sintaksisi təklif edir. Məsələn, kvadrat tənliyin köklər düsturu belə görünəcək: The quadratic formula is $-b \pm \sqrt{b^2 - 4ac} \over 2a$ \bye İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ömrün səhifələri
Ömrün səhifələri (film, 1972)
Ömrün səhifələri (film, 1972)
Tarixi-bioqrafik film böyük alim, tanınmış kimyaçı, akademik Yusif Məmmədəliyevə həsr edilmişdir. Akademik Yusif Məmmədəliyevin bütün həyatı xalqa xidmətlə bağlı olmuşdur. Onun elmi kəşfləri Azərbaycan kimyasına şöhrət gətirmişdir. Akademikin İkinci dünya müharibəsi illərindəki kəşfləri faşizm üzərində qələbə qazanılmasında böyük rol oynamışdır. Filmdə alimin sağlığında çəkilmiş kinoxronika və fotomateriallardan istifadə olunmuşdur. 1)1973-cü ildə Alma-Atada VI Ümumittifaq kinofestivalı Filmə həvəsləndirici Diplom verilmişdir. Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: İsi Məlikzadə Operator: Vladimir Zbudski Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Ömrün səhifələri (film, 1974)
Ömrün səhifələri İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır. Rəqiblər Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır. Baladadaşın ilk məhəbbəti Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".
İmam Mustafayev. Ömürdən səhifələr (film, 1989)
Film görkəmli dövlət və elm xadimi, akademik İmam Mustafayevə, onun seleksiya sahəsində elmi fəaliyyətinə həsr olummuşdur. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi : Toğrul Cuvarlı Operator: Rafiq Əliyev Bəstəkar: Rauf Əliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Gülməli səhifələr
Gülməli səhifələr (ing. Funny Pages) — Oven Klaynın rejissorluğu ilə 2022-ci ildə çəkilmiş komediya filmi. Filmin prodüserliyini Safdi qardaşları etmişdir. Film mentoru öldükdən sonra evi tərk edən 17 yaşlı Robert adlı karikaturaçıdan bəhs edir. Robert Nyu-Cersi ştatının Trenton şəhərindəki zirzəmiyə köçür və burada əvvəllər karikaturaçı olmuş Volles adlı bir adamla tanış olur. Vollesin ağıl sağlamlığında bir az problem var. == Rollarda == Daniel Zolghadri — Robert Bleichner Matthew Maher — Wallace Miles Emanuel — Miles Maria Dizzia — Jennifer Josh Pais — Lewis Marcia Debonis — Cheryl Quartermaine Stephen Adly Guirgis — Katano Michael Townsend Wright — Barry Cleveland Thomas Jr.
Drakula: Bakirənin gündəliyindən səhifələr
Drakula: Bakirənin gündəliyindən səhifələr (ing. Dracula: Pages from a Virgin's Diary) — 2002-ci ildə istehsal olunmuş Kanada filmidir.
Başlanğıc səhifəsi
Əsas səhifə və ya ana səhifə — veb-saytın əsas veb-səhifəsi. Həmçinin bu termin proqram ilk açıldığında veb-brauzerdə göstərilən başlanğıc səhifəsinə də istinad edə bilər. Adətən ana səhifə veb-saytın domen adının və ya subdomen adının kökündə yerləşir. Məsələn, domen misal.com kimidirsə, ana səhifə çox güman ki, www.misal.com/ ünvanında yerləşir.

Значение слова в других словарях