Səlvər Aslanov
Səlvər Rza oğlu Aslanov (11 oktyabr 1930, Bakı – 3 avqust 2000, Bakı) — Azərbaycan Respublikasının əməkdar elm xadimi (20. dekabr 1991), Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (26. noyabr 1991), 8 nömrəli Nizami seçki dairəsindən deputat, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, АМЕА-nın üzvü (1989), Azərbaycanlı tarixçi, tarix elmləri doktoru (1965), Professor(1967).
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlvər Rza oğlu Aslanov 1930-cu il oktyabrın 11-də Bakıda anadan olmuşdur. 1954-cü ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. O, Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək 1960-cı ildə fəlsəfə doktoru, 1965-ci ildə elmlər doktoru, 1966-cı ildə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir. S. Aslanov 2000-ci il 3 avqust tarixində Bakı şəhərində vəfat etmişdir.
S. Aslanov 1955–1956-cı illərdə respublika və ittifaq miqyasında müxtəlif vəzifələrdə çalışmışdır. O, 1966–1973-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru olmuşdur.