Tənzilə Narbayeva
Tənzila Kamalovna Narbayeva (özb. Tanzila Kamalovna Narbayeva;24 iyul 1956, Əndican vilayəti, Şahrixan rayonu) — Özbəkistan Respublikasının dövlət və ictimai xadimi, Özbəkistan Respublikası Ali Məclisi Senatının ilk qadın sədri (21 iyun 2019-cu il), Özbəkistan Baş nazirinin müavini (2016–2019), Özbəkistan Velosiped Federasiyasının sədri (2011-ci ildən), Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri (2010–2016).
== Həyatı ==
24 iyul 1957-ci ildə Əndican vilayətinin Şahrixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetini bitirib, pedaqogika elmlər namizədidir.
Karyerasına 1974-cü ildə Şahrixan şəhərindəki 1 nömrəli məktəbdə başlamışdır. 1975–1995-ci illərdə Daşkənddəki məktəblərdən birində müəllim, məktəb direktorunun müavini olaraq çalışıb, eyni zamanda müxtəlif təşkilat və şöbələrdə məsul vəzifələrdə çalışmışdır. Xüsusilə Narbayevanın Özbəkistan Xalq Demokratik Partiyasının rayon şuralarından birində katib, eyni zamanda bu partiyanın mərkəzi şurasında sektor müdiri işlədiyi məlumdur.Tənzilə Narbayeva 1995–2010-cu illərdə Özbəkistan Nazirlər Kabinetində aşağıdakı vəzifələrdə çalışmışdır:
Baş nazir müavininin katibliyinin rəhbəri;
Ailə, Ana və Uşaq Sosial Müdafiəsi Kompleksi rəhbəri;
Təhsil, səhiyyə və sosial müdafiə üzrə məlumat və analitik şöbəsində:
aparıcı mütəxəssis;
baş mütəxəssis.21 dekabr 2010–20 dekabr 2016-cı il tarixlərində Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri vəzifəsində çalışıb. Narbayeva Həmkarlar İttifaqları Federasiyasında çalışmağın karyerasında bir dönüş nöqtəsi olduğuna inanır, çünki orada "müstəqil bir iş yerinə getdim".2016-cı ilin dekabrında Tənzilə Narbayeva Özbəkistan Baş nazirinin müavini — növbədənkənar prezident seçkilərindən sonra qurulan hökumətdə Özbəkistan Qadınlar Komitəsinin sədri vəzifəsinə təyin edildi.6 fevral 2017-ci ildə yenidən Özbəkistan Velosiped İdmanı Federasiyasının sədri vəzifəsinə seçildi.22 dekabr 2018-ci ildə Özbəkistan Qadınlar Komitəsinin hesabat-seçki konfransında Narbayeva yenidən 5 il müddətinə komitə sədri seçildi.20 iyun 2019-cu il tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyayevin fərmanı ilə Tənzilə Narbayeva Oliy Majlisin Senatına daxil edildi. Ertəsi gün, iyunun 21 -də ölkə prezidentinin təklifi ilə parlamentin yuxarı palatasının sədri seçildi. Narbayeva bu vəzifəni tutan ilk qadın oldu.