TELLİ
TEMPERAMENT
OBASTAN VİKİ
Telli Borçalı
Telli Borçalı (tam adı: Telli Sədi qızı Qurbanova; 28 fevral 1969, Qasımlı, Marneuli rayonu) — Azərbaycan musiqiçisi, aşığı, şairi. Aşıq Telli 1969-cu ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Qasımlı kəndində doğulmuşdur. 1997-ci ildə Bakıya gəlmişdir. "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun onu bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və geniş fəaliyyətə başlayıb. Telli Borçalının anasının adı Savad, qardaşlarının adı Tərmeyxan, Ataxan, Mehdixandır.
Telli Pənahqızı
Telli Pənahqızı (tam adı: Əliyeva Telli Pənah qızı; 24 may 1954, Vedi) — Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü, şairə, publisist, nasir. Telli Əliyeva 24 may 1954-cü ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971–1976). Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir. 12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir. Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur. Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.
Telli zirehli
Telli zirehli (lat. Chaetophractus villosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Telli zirehlilər qəhvəyi-sarı rəngdə olurlar. Bel, başın yuxarı hissəsi və quyruğun üzəri altıbucaqlı və dördbucaqlı hissələrdən ibarət zirehlə örtülmüşdür. Belin ortasında altı və ya yeddi qurşaq var. Bu qurşaqlar uzunsov dördbucaqlı formasına malikdir və hərəkətlidir. Baş düz və enlidir və gözlərin altında şaquli cərgələr var. Ayaqların yuxön ayaqlarda.arı tərəfində və ön ətraflarının yuxarı hissəsində düzənsiz altıbucaqlı pulcuqlar mövcuddur. Bədənin qalan hissəsi qalın qırışmış dəri ilə örtülmüşdür. Sərt kıllar qurşaqların arxa kənarında yerləşir.
Telli zirehlilər
Telli zirehlilər (lat. Chaetophractus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Bu cins Cənubi Amerika üçün endemikdir. Argentina, Boliviya, Çili və Paraqvay kimi cənub ölkələrində yayılmışdır.
Əhməd Telli
Əhməd Telli (2 dekabr 1946, Çanqırı) — müəllim, şair, yazıçı. Əhməd Telli 1946-cı ilin dekabr ayında Çanqırının Əskibazar qəzasında anadan olmuşdur. Həsənoğlan və Kayseri Bazarhörən, Pınarbaşı müəllimlik məktəbində təhsil alıb. Müəllimlik məktəbindən sonra dörd il orta məktəb müəllimliyi, Qazi Təhsil İnstitunu bitirdikdən sonra isə Kastamon, İnebol, Doğanyudrda, Qırıqqalada və Ankara Atatürk Liseyində türk dili və ədəbiyyat müəllimliyi edib. 1981-ci ildə Qazi Təhsil İnstitutunda müəllim ikən hərbi vəziyyətə görə həbs olunaraq işdən çıxarıldı. Həmin il, TCK-nın 141,142 və 146-cı maddələrindən mühakimə olundu. 146-cı maddədən bəraət aldı. Ciyərhunun şeirlərinə yazdığı bir yazısına görə, 142-ci maddədən qısa müddətlik cəza aldı. Kitabxanaçılıq və naşirlik etdi, fərqli nəşriyyatlarda rəhbər və redaktor olaraq çalışdı. 1933-cü ildə məhkəmənin qərarıyla müəllimliyə geri döndü və təqaüdə çıxdı.

Digər lüğətlərdə