Çox vaxt doymaq feili ilə əlaqələndirirlər (sinonimi: düyün). Zənn edirəm ki, göy (kürəkən) kəlməsi ilə qohumdur: quda və göy qohum sözlərdir. Quda qut sözü ilə bağlıdır, “xoşbəxtlik” deməkdir (evə gəlin gətirmək, kəbin kəsdirmək, toy eləmək xoşbəxtlik hesab edilir). Toy da xoşbəxtlik məclisi kimi başa düşülə bilər (onun antoniminin vay olması da bunu sübut edir). Bəzi türk dillərində toy yerinə quda işlədilir. Maraqlıdır ki, rus dilində də свадьба və сватовствo (qudalıq) kəlmələri eyni kökə malikdir (rusca сват, свой və свояк eyni kökə malikdir). Düyün yalnız evlənmə məclisi ilə əlaqədardır, tərəfləri bir-biri ilə bağlayır (düyləyir), toy isə hər cür şadlıq məclisidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)