TƏB
TƏBƏƏ
OBASTAN VİKİ
Təbabət
Tibb (Ərəbcə: طب ) — insan sağlamlığını qorumaq və möhkəmləndirmək üçün müxtəlif xəstəlikləri və patoloji vəziyyətləri öyrənən, insan orqanizmində normal və patoloji proseslərin tədqiqatı üzrə elmi və praktik fəaliyyət sahəsidir. Elmi və praktiki fəaliyyətin bir istiqaməti olub, xəstə və sağlam insanların orqanizmində gedən prosesləri öyrənir, onların sağlamlığını qoruyur və xəstəliklərin müalicə üsullarını işləyib hazırlayır.
Azərbaycanda təbabət
Azərbaycanda təbabət — Azərbaycanda xalq və elmi təbabətinin inkişafıdır. == Tarixi == Azərbaycanın Çalağantəpə yaşayış yerində aparılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. E.ə. VIII—IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atropatena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı. Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş yayılmağa başladı. Həkimlərə türkcə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər.
Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları (AMEA Əlyazmalar İnstitutu)
Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları — Bakıdakı Məhəmməd Füzuli adına AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Kolleksiyada təqribən 12 minə yaxın əlyazma var və bu sənəd irsinin əhəmiyyətli bir parçasıdır. Aşkar edilib ki, burada təbabət və əczaçılıqla bağlı 363 orta əsr əlyazması və 27 çap edilmiş qədim kitab vardır. Bunların 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilindədir. 2005-ci ildə əlyazmalardan üçü — İbn Sinanın "Tibb elminin qanunu" əsəri (II cild), Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "Əl-Məqalə əs-Sələsun" əsəri Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi "Dünyanın yaddaşı" siyahısına (ing. Memory of the World) daxil edilib. AMEA Əlyazmalar İnstitutunun toplusuna 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilində olmaqla 363 təbabət və əczaçılıqla bağlı orta əsr əlyazması daxildir. Buradakı ən qədim əlyazmalardan biri İbn Sinanın "Tibb elminin qanunu" əsəridir. Bu əlyazmanın nüsxəsi 1143-cü ildə Bağdadda hazırlanıb və 1956-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının respublika fonduna verilib. Onunla birlikdə Qanunun 1259-cu ildə yenidən yazılmış ikinci əlyazması fonda təqdim edilib.
Ankara Universitetinin Baytarlıq Təbabəti fakültəsi
Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir. 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur. == Tarix == Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır. Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir. Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır. 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir. == Təsvir == Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir.
Azərbaycan Təbabəti Muzeyi
Azərbaycan Təbabəti Muzeyinin yaranması, fəaliyyəti və inkişafı tibbin tarixi ilə bilavasitə əlaqədardır. == Tarixi == Muzey Respublika Səhiyyə Nazirliyinin (nazir Tələt Qasımov) 2 iyul 1984-cü il tarixli əmri ilə yaradılmışdır. 29 yanvar 1986-cı ildən rəsmi şəkildə fəaliyyət göstərir. == Ekspozisiyası == Ekspozisiya Asklepinin (qədim yunan mifologiyasında sağlamlıq tanrısı) təsviri olan barelyeflə başlayır. Girişdə qədim yunan mifologiyasına görə sağlamlıq tanrısı hesab edilən Asklepi və onun qızları Gigiyeya və Panatseyanın nəhəng barelyefləri var. Birinci zalda XII əsr Şərqinin ən böyük alimlərindən biri Əbu Əli ibn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən "Həkim elminin qanunu" əsərinin 1143-cü ilə aid əlyazmasının fotoşəkli nümayiş etdirilir. Bu zalda, həmçinin elmi tibbin əsasını qoyan Hippokratın büstü və onun məşhur andından bir parça təqdim olunur. Divar boyunca qədim yunan və Roma, orta əsrlər Azərbaycan, Şərq, Qərbi Avropa təbabətinin ayrı-ayrı elementləri nəfis şəkildə döymə üsulu ilə mis lövhələrə köçürülərək asılıb. İkinci zalda orta əsr cərrahlıq alətləri, XIII–XIX əsr həkimlərimizin əsli Əlyazmalar İnstitutunda saxlanan ayrı-ayrı tibbi traktatlarının surəti yerləşir. Burada, həmçinin Baba Qaibov Qarabaği, onun davamçıları olan Qaibovlar sülaləsinin fotoşəkilləri, müalicə məqsədilə istifadə etdikləri şəxsi əşyaları qorunub saxlanılır.
Xalq təbabəti
Xalq təbabəti (lat. medicina gentilitia) — xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət forması. Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlat nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır. İbtidai insan lar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin (məs: xaşxaş) xüsusiyyətlərini bilirdilər, günəş şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Xəstələnmənin qarşısını almaq üçün ildə bir dəfə qan alardılar, nəfəs yolları xəstəliklərində, mədə-bağırsaq spazmasında və meteorizm də razyana çayı, öskürəkdə heyva toxumu dəmləyib içərdilər. Soyuqdəymədə moruqdan, qanazlığında çiyələkdən, mədə-bağırsaq xəstəliklərində baldan və s.-dən istifadə edərdilər. Azərbaycan Sovet Ensiklopediyası (1987) 10.
Azərbaycan xalq təbabəti
Azərbaycan xalq təbabəti və ya Türkəçarə — azərbaycanlıların inanclarına və adət-ənənələrinə görə xəstəliklərin müalicəsi. == Tətbiqi == Xalq təbabəti inanmaya, nəsillər boyunca ötürülən biliklərə əsaslanır. Türklər arasında bu üsullar “türkəçarəlik”, onları tətbiq edən həkim isə “türkəçarə” adlandırılmışdır. “Loğman” adı İslamın qəbulundan sonra istifadə edilmişdir. Azərbaycan ziyarətgahlarının ruhi xəstələri sağaltması, dua vasitəsilə ağrıların azalması şamanizmə əsaslanır. Eyni zamanda cinçilərin və ruhları qovanların mövcudluğu da şaman inancı ilə bağlıdır. Türkəçarəlik 1930-cu illərdən sonra təqib edilsə də, yarpız, kəkotu, qarpız, müxtəlif ədviyyatlar vasitəsilə bir sıra narahatçılıqların (soyuqlama, öskürük, üşütmə, baş ağrıları, boğaz ağrıları, nəfəs daralması) müalicəsi davam etmişdir. Hal-hazırda geniş yayılmış üsullar banka atmaq, bitkilərin tüstüsünü vermə, həcəmət (çərtmə ilə qan alma), şəfalı sular, bitki tərkibli dərmanlar və s.-dir. Həcəmət atmaq iti bir alətlə qan çıxartmaq üsuludur. Həcəmət aləti heyvan buyunuzundan hazırlanır və qan buynuz vasitəsilə sorulurdu.

Digər lüğətlərdə