VARSAĞI

is. qəd. Varsaqların ifa etdikləri hava; şeir.
Türkmən şairlərinin … qoşmalarını, varsağılarını bilməmək, öyrənməmək bizim üçün böyük bir nöqsan ədd oluna bilər. S.Mümtaz.

VARNA
VARSAQ
OBASTAN VİKİ
Varsağı
Varsağı — aşıq şeir biçimlərindən biri. Xalq şeiri üslubunda yazan sənətkarlar, aşıqlar bu formadan öz yaradıcılıqlarında istifadə etmişlər."Varsağı" qədim Azərbaycan qəbilələrindən birinin adı ilə bağlıdır. Qədim türk tayfalarından bəziləri ozan statusundan musiqiçi – folklor sənətkarını “varsaq” adı ilə də çağırmışlar. "Varsaq" bir termin kimi müxtəlif anlamlarda işlədilir. M.Seyidov varsağını bir termin olaraq: a) qəbilə adı; b) yer adı; c) qəbiləyə məxsus əşya adı; ç) şeir forması və melodiya adı; d) sənətkara verilən ad kimi şərh edir. Şah İsmayıl Xətai, M.Əmani, Qaracaoğlan, Dadaloğlu və başqaları yaradıcılığında varsağılardan geniş şəkildə istifadə etmişlər. Varsağılar lirik-məhəbbət, təsəvvüf və nəsihətamiz ruhda olmuşdur. Bu, səkkiz və on bir hecalı, dördmisralı və bir neçə bəndlik şeirdir. Qafiyələnməsi abab, cccb, çççb və s. olur.

Digər lüğətlərdə

аудие́нция глыбообра́зно сгиба́ться седа́лищный сыно́к безбу́рный езда́ конспекти́роваться переко́шенный пи́счий прикле́иваться cento courtage inscribe kebab lader propositus timber-head unclipped utter гага лесопарк омонимический съёмка сюрприз