Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Fərzəli çayının sahilində, düzənlikdədir. Tam adı Kərbəlayı Fərzəli olmuşdur. Yerli əhalinin məlumatına görə, Kərbəlayı Fərzəli həmin kənddə məskunlaşmış maldar ailələrin başçısının adı olmuşdur. XIX əsrin axırlarında həmin ailələrin qışlaq yerində oturaqlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Fərzəlinin adı ilə adlandırılmışdır. Oykonim1917-ci ildə Fərzili variantında da qeydə alınmışdır. Kəndin adı 2003-cü ildən Fərzili kimi rəsmiləşdirilmişdir.[1]