Klara Setkin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Klara Setkin
alm. Clara Zetkin
Doğum tarixi 5 iyul 1857(1857-07-05)[1][2][…]
Vəfat tarixi 20 iyun 1933(1933-06-20)[3][1][…] (75 yaşında)
Dəfn yeri
Fəaliyyəti siyasətçi, jurnalist, qadın hüquqları fəalı[d], sülh aktivisti, sufrajist, redaktor[d], müəllimə, yazıçı
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klara Setkin (alm. Clara Zetkin‎; 5 iyul 1857[1][2][…]20 iyun 1933[3][1][…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasının müəlifidir.

Həyatı

Klara Setkin 5 iyun 1857-ci ildə, Almaniyada anadan olmuşdur.

Siyasi fəaliyyəti

1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər.

Klara Setkin Azərbaycanda

Klara Setkin Əli Bayramov adına Qadın klubunun üzvləri arasında (1924)

1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə dövlətli müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almalarına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir"[5]

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Clara Zetkin // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 Цеткин Клара // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. https://fr.rbth.com/histoire/87541-etrangers-enterres-place-rouge.
  5. Klara Setkin. Qafqaz od içində. M, 1926, səh.91–92; Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu.

Həmçinin bax

Xarici keçidlər