Vənlik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vənlik
39°05′ şm. e. 48°29′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 436 (2009) nəfər
Xəritəni göstər/gizlə
Vənlik xəritədə
Vənlik
Vənlik

VənlikAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Gözbulağın cənub-şərqində olan Vənlik kəndi XIX əsrin ikinci yarısında salınmışdır. Əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Ağacan bəy Şirinbəy oğlu adlı bir şəxs tərəfindən salınmış bu kəndin əhalisi demək olar ki, bir ailənin övladlarından əmələ gəlmişdir. 1907-ci ildə vəfat etmiş Ağacan bəy öz vəsiyyətinə görə bu kəndin mərkəzində yerləşən doğma mülkünün həyətində dəfn olunmuşdur. Ailənin digər üzvlərinin məzarları isə Pirhəsən və Ağdaş qəbristanlığındadır.[1]

Toponimikası

Vənlik oyk., düz. Cəlilabad r-nunun Ağdaş i.ə.v.-də kənd. Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi vən (göyrüş) sözündən və -lik şək.-sindən ibarət olub, “vən ağacı bitən yer, göyrüşlük” mənasındadır.[2]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 436 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. . [1] Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629