Tahirli (Cəlilabad)
Naviqasiyaya keç
Axtarışa keç
Tahirli | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tahirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Toponimikası
[redaktə | mənbəni redaktə et]- Tahirli oyk., düz.
- Cəlilabad r-nunun Cəngan i.ə.v.-də Burovar silsiləsinin ətəyindədir;
- Yardımlı r-nunun Ərus i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Tahir antroponimi və -li mənsub, bildirən şək.-dən ibarətdir. Yaşayış məntəqəsini Ərus kənd icmasından Tahir adlı şəxs ona məxsus binə yerində saldığına görə belə adlandırılmışdır.[1]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Tahirli kəndinin iqlimi mülayim və qismən suptropikdir. Əsasən taxılçılıq, maldarlıq, kartofçuluq və üzümçülük inkişaf etmişdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisinin əksəriyyətini gənclər və uşaqlar təşkil edir. Burada yaşlı təbəqə kənd əhalisinin 7–9 faizini təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 370 nəfər əhali yaşayır.[2]
Tanınmış şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Nurəddin Mehdixanlı — Xalq artisti.
- Qabil Quliyev — Xalq artisti.
- Quliyev Tərlan-Vətən müharibəsi şəhidi
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]İqtisadiyyatı çox aşağıdır. Burada əsasən kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edib və edir. Ağır sənaye və yeyinti sənayesi tam sıfır səviyyəsindədir. Kəndin yolları bərbaddır, İşıq fasilələrlə verilir, qaz isə tamamilə yoxdur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629