Quruçay (Füzuli)

QuruçayArazın sol qoludur. Xocavənd və Füzuli rayonları ərazisindən axır.Mənsəbi Füzuli rayonu Böyük Bəhmənli kəndidi. Uzunluğu 82 km, hövzəsinin sahəsi 512 km²-dir.

Quruçay
Ölkə
Mənbəyi Qarabağ silsiləsi
Mənsəbi Araz
Uzunluğu
  • 74 km
  • 82 km
Su sərfi 1,68 m³/s, 6,85 m³/s
Hövzəsinin sahəsi 483 km², 512 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suyunun çox hissəsini yağış (75–80%) sularından alır. Çayda əsas daşqın yazda olur. Bu dövrdə illik axım həcmindən 30–35 dəfə çox olur. İyul-avqust aylarında çayın suyu çox azalır, bə`zi illərdə isə tamamilə quruyur. Payız fəslində yağan yağışlar kiçik daşqınlar əmələ gətirir.

Orta illik su sərfi 6,85 kub m/san-dir. İllik axımın 26%-i yazda, 41%-i yayda, 21%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 21.9 kq/san, lillənməsi isə 3200 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.

Orta illik su sərfi 1,75 kub m/san-dir. İllik axımın 65%-i yazda, 22%-i yayda, 7%-i payızda, 6%-i isə qışda keçir. Orta illik lillənməsi 150–250 q/kub m arasında dəyişir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.

Daşqınlar zamanı Quruçayın suyu bütünlüklə Dövlətyarlı su anbarına axıdılır. Yay fəslində suvarma işlərində geniş istifadə olunur.

  1. 1 2 GEOnet Names Server. 2018.