Çələbizadə İsmayıl Asım Əfəndi (İstanbul, Osmanlı imperiyası – 16 fevral 1760, İstanbul, Osmanlı imperiyası) — Osmanlı şeyxülislamı, şairi və tarixçisi.[1]
Çələbizadə İsmayıl Asım Əfəndi | |
---|---|
1759 – 16 fevral 1760 | |
Əvvəlki | Mehmed Saleh Əfəndi |
Sonrakı | Vəliüddin Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 16 fevral 1760 |
Vəfat yeri | |
Fəaliyyəti | Şeyxülislam |
Doğum tarixi bilinmir. Atası rəisülküttab Mehmed Əfəndinin saraydakı vəzifəsi səbəbilə bəzi mənbələrdə Çələbizadə olaraq anılır.[2] İstanbulda dünyaya gəldi və mükəmməl bir təhsil aldı. Xüsusilə də, dövrün məşhur şairi, musiqişünası və xəttatı olan Əbdülbaki Arif Əfəndidən dərslər aldı. İstanbulda müxtəlif mədrəsələrdə müdərris, ardından fərqli əyalətlərdə qazı olaraq xidmət etdikdən sonra 1723-cü ildə sədrəzəm Nevşəhərli İbrahim Paşa tərəfindən saray tarixçisi olaraq təyin edildi. 1748-ci ildə İstanbul qazısı, 1757-ci ildə Anadolu qazəsgəri olsa da, qısa müddət sonra vəzifədən alındı. 1759-cu ildə sədrəzəm Qoca Raqif Paşanın tövsiyəsilə şeyxülislamlığa yüksəldi. Ancaq bu vəzifədə ikən 16 fevral 1760-cı ildə vəfat etdi. Cənazəsi ikinci qaynatası olan qazəsgər Həkimbaşı Ömər Əfəndinin mədrəsəsinə dəfn olundu.
Tarixçiliyi və bu dövrdə yazdığı kitablarla məşhurlaşan Çələbizadə İsmayıl Əfəndi 1722-1729-cu illər arasındakı bütün tarixi və siyasi hadisələri qələmə aldı.[3] Asım təxəllüsü ilə şeirlər yazan Çələbizadə İsmayıl Əfəndi digər yandan bəzi kitabların tərcümələrini də etmişdir.[4]
Adı bilinməyən bir qızı saray həkimlərindən Mehmed Səid Əfəndiylə evli idi və burdan doğulan nəvəsi Mehmed Zeynalabdin Əfəndi II Mahmud dövründə şeyxülislamlığa yüksəldi.