Oruclu (Kəlbəcər)

OrucluAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Oruclu
40°01′31″ şm. e. 46°09′40″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Oruclu xəritədə
Oruclu
Oruclu

Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Kamallı kəndindən gəlmiş Oruc Alı oğlu və onun qardaşi saldığı üçün belə adlanmışdır. Oykonim "Orucun nəslindən olanlar" mənasındadır.[2] Kəndin adı Laçın rayonunun Oruclu kəndindən gəlib onun bünövrəsini qoyan Oruc adlı şəxslə bağlıdır.[3]

Kəndin əsası kürdlər tərəfindən qoyulmuşdur.[4]

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Oruclu kəndi mahalın bir hissəsi olmuşdur.[5] Kürdüstan qəzası ləğv edildikdən sonra Oruclu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.[6]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[7] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[8]

Kənd Qarasu çayının sahilində, Qonqur silsiləsinin ətəyindədir.[2]

Kənd formalaşan zaman əhalisi etnik kürdlər olmuşdur.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. 1 2 Oruclu (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
  4. 1 2 Татьяна Аристова, (1966), Курды Закавказья: историко-этнографический очерк. С. 40
  5. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  6. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  7. "Nagorno Karabakh". Human Rights Watch. 1994. 22 April 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2020. The towns' capture came at staggering human costs, creating 250,000 new Azerbaijani refugees. Civilians fled Kelbajar in April through high mountains still covered with snow. Refugees claimed that hundreds of people froze to death attempting to flee.
  8. "Azerbaijani Forces Reclaim Second District From Armenians Under Nagorno-Karabakh Truce". RFERL.org (ingilis). Radio Free Europe/Radio Liberty. 25 noyabr 2020. 24 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2020.