Qtiçavəng monastırı

Ktişvəng monastırı və ya Gütəvəng monastırı — Toxasar dağının şimal-şərq ətəyində, sıx meşənin ortasında yerləşən XIII əsrə aid tarixi monastır kompleksi. Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir.

Ktişvəng monastırı
erm. Գտչավանք
Monastırın əsas kilsə binası 2023-cü ildə
Xəritə
39°35′37″ şm. e. 46°56′32″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Xocavənd
Yerləşir Tuğ kəndi
Tikilmə tarixi XIII əsr
İstinad nöm.4320
KateqoriyaMonastır
ƏhəmiyyətiYerli əhəmiyyətli
Ktişvəng monastırı (Azərbaycan)
Ktişvəng monastırı
Monastırın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XIII əsrdə yeni tikililər hesabına monastır genişlənir, xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir. Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verirlər.

Kompleksin əsas elementi kafedral kilsədir. Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir.

Kafedral kilsənin qapısı ağzında yerləşən xaçdaş

Mənbələrin məlumatına görə Qtiçavəng Qarabağın əsas dini və siyasi mərkəzlərindən biri olmuşdur.[1] Moisey Kalankatlı Alban ölkəsinin tarixi əsərində Partav kilsə məclisindən bəhs edərkən, məclisdə iştirak edənlər arasında “Qtiçavəng tanuteri”nin də iştirak etdiyini qeyd edir.[2] Mənbələrdə monastırın adı Ktiş, Qtiç və Qtiçavəng kimi qeyd edilir.[1]

Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olmuş[1], VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir.[1] Yaxınlıqda yerləşən Ktiş qalası IX əsrdən Yesai Əbu Musanın iqamətgahı olmuşdur.[1] X əsrdən etibarən qala burda yaradılmış Dizaq çarlığının mərkəzi olmuşdur.[3]

XIII əsrdə yeni tikililər hesabına monastır genişlənir, xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir.[3]

Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verirlər.[3] Monastır divarındakı epiqrafik abidələr erkən monastır tikililərinin ərəblərin Azərbaycanı işğal etməsindən sonra dağıdıldığını xəbər verir. Hazırkı kilsə binasının şimal divarındakı kitabəyə əsasən Amaras monastırından buraya köçmüş iki yepiskop qardaş Ter Sarkis və Ter Vardanes dağıdılmış köhnə kilsənin təməlləri əsasında monastırın kafedral kilsəsini inşa etdirmişlər.[3] İnşaat işlərinə 1241-ci ildə başlanılmış və 1248-ci ildə tamamlanmışdır.[4]

Kitabədə həm də həmin dövrün qorxulu siyasi hadisələri haqqında məlumat verilir: “Kilsə oxçular qəbiləsinin bütün ölkəni xarabalıqlara çevirdiyi və Amarası da dağıtdığı çətin bir vaxtda inşa edilmişdir.”[3]

Amaras monastırının dağıdılmasından sonra Sarkis və Vardanes qardaşları əvvəl orda xidmət etmiş rahib qardaşları Ktişvəng monastırında toplamışdılar. Kitabələrdə kilsənin inşa tarixi və kompleksin bərpası ilə bağlı ətraflı məlumatla yanaşı, Dizaq məliyi Qaqikin varislərinin monastıra bağışladığı monastır mülkləri haqqında da məlumat verilir: “Aqvan çayından başlayaraq Erasxa kimi, Vakunisdən Vaxaznaqetə kimi, Karatnisdən Xozanaget çayına kimi, Zaristdən Həkəriyə, Azaraget, Krataget, Dizaq, Belukan, həmçinin Parax, Qotanoç və Yekexeçadzor...”[4] Kitabənin sonunda daha dörd kəndin adı çəkilir ki, onlardan Tuğ, MöhrənisAkaku dövrümüzə kimi çatmış, Tais kəndi isə Tuğ və Böyük Tağlar kəndləri arasında olmuşdur.[5]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Kafedral kilsə ermənilər tərəfindən restavrasiya edilməzdən əvvəl

Kafedral kilsə

[redaktə | mənbəni redaktə et]

Kompleksin əsas elementi kafedral kilsədir. Xaricdən 10x7.5 metr ölçüyə malik düzbucaqlı, daxildən isə mərkəzi günbəzli tikili, qoşa divar pilonları və yarımdairəvi apsidanın hər iki tərəfində yerləşən iki mərtəbəli otaqlara malikdir.[5] Otaqların ikinci mərtəbəsinə girişlər daş pilləkənlərin apardığı apsidadan açılır.[5]

Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir. Kafedralın fasadları qoşa üçbucaqlı nişlərlə bəzədilmişdir. Pəncərə yerləri naxışlarla bəzədilmiş düzbucaqlı çərçivəyə malikdir.[5]

Kilsənin divarları həm xaricdən, həm də daxildən kifayət qədər sadə görünüşə malik olmaqla, dekorativ relyeflər və qabartmalarla yüklənməmişdir. Ərazinin seysmoaktiv olmasına baxmayaraq, hətta 1868-ci ildə baş vermiş dağıdıcı zəlzələdən sonra belə kilsə ilkin görünüşünü saxlayaraq dövrümüzə çatmışdır.[5]

Fasadların tərtibatında pəncərə yerləri və üçbucaqlı fasad nişlərini əhatə edən çərçivələr fərqlənir. Kilsənin memarlığında həm köhnə, həm də yeni dekorativ motivlər birləşdirilmişdir. Müxtəlif detallar Müqəddəs Qriqorisin Amaras monastırındakı məzarı və Gəncəsər monastırındakı Müqəddəs Vəftizçi İohann kilsəsinin künc nişlərin dekorativ tağları ilə oxşarlıq təşkil edir.[5]

Digər tikililər

[redaktə | mənbəni redaktə et]
Narteksin interyeri

Kilsə binasına bitişik böyük narteks Makar Barxudaryanın fikrincə kilsə binasından daha qədimdir.[4] Kifayət qədər geniş olan narteksin şimal tərəfində ucaldılmış sütunlar əlavə həcm yaratmaqla yanaşı, həm də narteksin daxili həcmini genişləndirir. Kobud yonulmuş bazalt daşlarından tikilmiş və tağ-tavanla örtülmüş narteks yalnız toplantı yeri olmamış, həm də türbə kimi istifadə edilmişdir.[6] Narteksin döşəməsi monastırda xidmət etmiş din xadimləri və bir neçə yerli məliyin məzar daşları ilə örtülmüşdür. İncə oyma naxışlarla bəzədilmiş məzar daşlarının hər biri üzərində həm də kitabələr vardır.[6] Bir neçə məzar daşı isə kilsənin içində yerləşir.[6]

Şimaldan kilsə və narteksə daha kiçik ölçülü daha bir kilsə binası birləşir. Düzbucaqlı plan və altara malik birnefli zal kilsəsinin üstü çatmatağla örtülmüşdür. Kilsənin divarlarında qırmızı kərpiclə hörgü işləri müşahidə olunur ki, bu da XVII əsrdə həyata keçirilmiş bərpanın nəticəsidir.[6]

Kilsə narteks ilə cənub çıxışı vasitəsiylə əlaqələndirilmişdir. Buna görə də kompleksə daxil olan hər iki kilsənin narteksi ümumidir. Kilsənin divarlarına naxışlı xaç daşlar hörülmüşdür.[6] Həmiin xaç daşlardan biri üzərində 1000-ci il tarixi göstərilmişdir.[7] Ş. Mkrtçyanın fikrincə bu, dövrümüzə çatmış kilsənin yerində daşdan tikilmiş başqa bir kilsə olmasını sübut edir.[6]

Kompleksin qərb tərəfində yaşayış binaları vəə kompleksi əhatə edən qala divarlarının qalıqları dövrümüzə çatmışdır. Monastır ətrafında yerləşən qəbirsanlıq yüz illər ərzində baxımsız qaldığından torpaq altına batmış və yalnız məzar daşlarının yuxarı hissələri görünməkdədir.[8]

Monastır ərazisində səpələnmiş yüksək bədii dəyərlərə malik çoxsaylı xaçkarların ən qədimi IX əsrə[6] ən yenisi isə XIX əsrin əvvəllərinə aiddir. Onlar arasında zərgər incəliyi ilə işlənmiş naxışları və yüksək səviyyəli bədii tərtibatı ilə seçilən iki xaçdaş kafedral kilsənin giriş qapısının sağ və sol tərəflərində sərgilənir.[6] Cənub tərəfdəki xaçdaş üzərində yazılmışdır: “695-ci ildə (1246) Mən, ter Vardanes ruhumun xilas olunması üçün bu xaçdaşı ucaltdım...”[9] Digər xaçdaş üzərində isə yazılmışdır: “Mən...yepiskop bu xaçı ucaltdım.”[9] İkinci xaçdaş SSRİ dövründə monastır ərazisindən götürülərək Ermənistana aparılmışdır və hazırda Üçkilsə kafedralının həyətində sərgilənir.[6]

  1. 1 2 3 4 5 Мкртчян, 1989. səh. 67
  2. Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш. В. Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца. 1984. 239.
  3. 1 2 3 4 5 Мкртчян, 1989. səh. 68
  4. 1 2 3 Բարխուտարեանց, Մակար. Աղվանից երկիր և դրացիք, հատոր Բ. Թիֆլիս. 1907.
  5. 1 2 3 4 5 6 Мкртчян, 1989. səh. 69
  6. 1 2 3 4 5 6 7 8 9 Мкртчян, 1989. səh. 70
  7. Мкртчян, Ш. Церковные и исторические памятники Гадрутского района (№3). Эчмиадзин. 1977. 43.
  8. Мкртчян, 1989. səh. 71
  9. 1 2 Бархударян, С. Свод армянских надписей, вып. 5. Ереван. 1982. 184.
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Каланкатуаци, Мовсес, История страны Алуанк / Пер. Ш. В. Смбатяна, Ереван: Матенадаран, 1984
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989