Güllücə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.[2]
Kənd | |
Güllücə | |
---|---|
40°52′26″ şm. e. 44°12′36″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Pəmbək mahalı |
Rayon | Hamamlı rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Mərkəzin hündürlüyü | 1.725 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 5 km cənub-şərqdə, Çiçxan çayının yaxınlığında, Çubuxlu dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kənd 1937-ci ilə kimi, yəni Hamamlı rayonu təşkil edilənə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur.
Toponim Azərbaycan dilində işlənən güllu sözünə -cə şəkilçisinin artırılması əsasında əmələ gəlib «güllü, çiçəkli yerdə salman kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə topoınındir.
Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Saraart qoyulmuşdur.
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 2 nəfər, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır [4].
XX əsrin əvvəllərindən kənddə yalnız ermənilər yaşayır.