Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.[2]
kənd | |
Nalbənd | |
---|---|
40°51′38″ şm. e. 44°09′10″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Pəmbək mahalı |
Rayon | Hamamlı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.650 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu[4].
Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l. 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Şirakamut qoyulmuşdur. Şirakamut 1988-ci il dağıdıcı Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib, burada 300 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Şirakamutda 40 ailə vaqon evlərdə yaşayır.[5]
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 25 nəfər azərbaycanlı yaşamışdır[6].
XX əsrin əvəllərində, 1905-1906-cı illərdə baş verən erməni-azərbaycanlı münaqişəsi nəticəsində onlar ermənilər tərəfindən sıxışdırılaraq deportasiya olunmuşdur. İndi yalnız ermənilər yaşayır. Şirakamutun 1800 sakinindən 300 nəfəri daimi yaşayış üçün Rusiyaya köçüb. Sovet illərində burada 250 nəfərin çalışdığı tikiş fabriki fəaliyyət göstərib. Bu gün həmin fabrikdə cəmi 17 nəfərə yaxın adam işlə təmin olunub. Vaxtilə 230 nəfərin çalışdığı lift üçün ehtiyat hissələri hazırlayan zavod isə hazırda ümumiyyətlə işləmir.[5]
İllər üzrə əhalisinin sayı[7]:
İl | 1831 | 1897 | 1926 | 1939 | 1959 | 1970 | 1979 | 1989 | 1993 | 2001 | 2004 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | 161 | 1030 | 1545 | 1854 | 2118 | 2531 | 2408 | 1872 | 2628 | 2310 | 2626 |