Sarımsaxlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd.[2][3]
Kənd | |
Sarımsaxlı | |
---|---|
40°50′52″ şm. e. 44°31′20″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Pəmbək mahalı |
Rayon | Böyük Qarakilsə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.050 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 13 km məsafədə, Pəmbək çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Sarmusaxlı formasında qeyd edilmişdir[4].
1728-ci ildə İrəvan əyalətinin Vadi (vedi)nahiyəsində Sarı Musalı kimidir[5][6]. Başqa mənbədə Sarı Musaxli kimidir. 1918-ci ildə kənddə ermənilər də yerləşmişdir. 1946-cı ildə kənd ermənicə Karaberd adlandırılmışdır. XIX əsrdə Qazax qəzasında, Cavanşir qəzasında və Quba qəzasında Sarımsaqlı dağ adları ilə[7] mə’naca eynidir. Dağların belə adlanması zirvələrinin zahirən sarımsaq başına oxşaması ilə bağlıdır. Toponim yabanı bitki adı bildirən sarımsaq sözünə çoxluq, cəmlik bildirən -lı şəkilçisinin artırılması əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənisatn SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karaberd (Daşqala) qoyulmuşdur.