Göyyoxuş

Göyyoxuşİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.[2]

Kənd
Göyyoxuş
40°52′32″ şm. e. 44°05′50″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Pəmbək mahalı
Rayon Hamamlı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.800 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 188 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Göyyoxuş xəritədə
Göyyoxuş
Göyyoxuş

Rayon mərkəzindən 22 km məsafədə, Bəykənd çayının qolunun üstündə, Ağbulaq və Nalbənd kəndləri arasındakı yolun yanında yerləşir. Toponim Azərbaycan dilində "yaşıllıq" mənasında işlənən göy sözü ilə "dik, çətin çıxılan yer" mənasında işlənən yoxuş sözünün[3] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə daı dəyişdirilib Saralanc qoyulmuşdur.

1828–1829-cu illərdə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Saralanc adlandırılmışdır. Azərbaycan dilində göy (göylük, yaşıllıq mə'nasında) və yoxuş (yamac mə'nasında) sözlərindən ibarətdir.[4]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.561
  4. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝөјјохуш // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.