Əfəndi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd.[2]
Kənd | |
Əfəndi | |
---|---|
40°50′51″ şm. e. 44°19′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Pəmbək mahalı |
Rayon | Hamamlı rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1836 |
Mərkəzin hündürlüyü | 1.550 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 5–7 km cənub-şərqdə, Pəmbək çayının sağ qolu üzərində, Qursalı kəndi ilə Saral kəndinin arasında yerləşir. Hamamlı rayonu təşkil edilənə kimi, 1937-ci ilə kimi, Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Karadzor qoyulmuşdur.
Kənddə 1897-ci ildə 238 nəfər yalnız azərbaycanlı yaşamışdır[4].
1905–1906-cı illərdə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 1915–1918-ci illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir[5].
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 1926-cı ildə burada 10 nəfər azərbaycanlı yaşamışdır[4].
1930-cu ildə onlar kənddən sıxışdırılıb çıxarılmışdır. İndi yalnız ermənilər yaşayır.