Yaqublu (Quqark) — Pəmbək mahalının Quqark rayonunda kənd. Yaqublu İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd və rayon mərkəzi.[2][3]
Kənd | |
Yaqublu | |
---|---|
40°48′26″ şm. e. 44°32′17″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Pəmbək mahalı |
Rayon | Böyük Qarakilsə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.325 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Pəmbək çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim yaqublu etnonimindən[5] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1. IV.1945-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Meğrud[6], 25. V.1983-cü il fərmanı ilə yenidən dəyişdirilərək Quqark qoyulmuşdur. XIX əsrdə Borçalı qəzasında Yaqublu və Nuxa qəzasında Yaqublu kənd adları ilə eynidir.[7]
1878-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 43 nəfər azərbaycanlı yaşamışdır.[8] XX əsrin əvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar buradan qovulmuşdur. 1988-ci ildə azərbaycanlı tamamilə əhalisi qovulmuşdur. İndi ermənilər yaşayır.