Mollaqışlaq

Mollaqışlaq və ya Güllüdərə — İrəvan quberinyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd.[2]

Mollaqışlaq
40°44′23″ şm. e. 44°25′23″ ş. u.HGYO
Ölkə
Əhalisi
Əhalisi
  • 0 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Mollaqışlaq xəritədə
Mollaqışlaq
Mollaqışlaq

Rayon mərkəzindən 22 km məsafədə, Kirovakan şəhərindən 78 km cənub-şərqdə, Pəmbək çayının sahilində yerləşir.

Toponim dini məna bildirən molla sözü ilə «qış vaxtı heyvanların saxlandığı yer, otlaqlı qışlama yeri»[3], «qış yaşayış yeri, kənd əhalisinin daimi yaşayış yeri»[4] mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn toponimdir.

Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Güllüdərə qoyulmuşdur.

Kənddə 1916-cı ildə 167 nəfər azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər.

Burada 1922-ci ildə 130 nəfər, 1926-cı ildə 156 nəfər, 1931-ci ildə 163 nəfər[6], 1939 - cu ildə 201 nəfər, 1959 - cu ildə 118 nəfər, 1970-ci ildə 188 nəfər, 1979 - cu ildə 190 nəfər[7], 1987-ci ildə 550 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanılar son nəfərinə kimi Ermənistan dövləti tərəfindən qırğınlarla tarixi-etnik vətənlərindən qovulmuşlar. İndi burada ermənilər yaşayır.

  1. Հայաստանի բնակավայրերի բառարան (erm.). Երևան: 2008. 184 s.
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.531
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.276
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 132-133
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.52-53, 132-133
  7. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.909