Rəhimabad (Zəngibasar)

Rəhimabad - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[1]

kənd
Rəhimabad
40°06′ şm. e. 44°22′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Rəhimabad xəritədə
Rəhimabad
Rəhimabad

Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur.

Toponim Rəhim şəxs adı ilə fars dilində «çoxlu tikinti, yaşayış üçün hər cür şəraiti olan» mənasında işlənən abad sözünün[2] birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 183 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 223 nəfər, 1916-cı ildə 246 nəfər, 1919-cu ildə 601 nəfər yalnız azərbaycanlı yaşamışdır[3].

1919-cu ilin sonlarında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndi Ermənistan adlanan yerdə sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 242 nəfər, 1931-ci ildə 188 nəfər[3], 1987-ci ildə 500 nəfərdən artıq azərbaycanlı yaşamışdır.

1988-ci ildə noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır.

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.25
  3. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82-83, 152-153