Yaqub ibn Osman bin Mahmud əl-Qəznəvi əl-Çərxi (1359, Qəzni və ya Əfqanıstan – 22 aprel 1447, Düşənbə və ya Tacikistan) — Nəqşibəndi şeyxi.
Yaqub ibn Osman bin Mahmud Əfqanıstanın Lugərd vilayətinin Çərx kəndindəndir. Atası təqva sahibi bir kişiydi və babaları Çərx yaxınlarında Sərrəz kəndində yaşamışdılar. Gəncliyində röyasında Xızırı gördüyünü və onun tövsiyəsiylə elm təhsilinə başladığını söyləyən Çərxi bir müddət Heratda dini təhsil gördü.
1380-ci ildə Buxaraya gedib təfsir və fiqh oxudu, fətva vermə icazəsi aldı. Bir müddət sonra Misirə getdi və Şəhabəddin əs-Sayraminin tələbəsi oldu. Zeyniyyə təriqətının piri Zeynəddin əl-Xafi bu dönəmdə onun dərs arxadaşlarındandı. Çərxi Buxaraya döndüyündə Bahaəddin Nəqşibəndə intisab etdi. Onun vəfatına görə on bir il xəlifəsi Əlaəddin Əttarın söhbətlərinə davam etdi.Əlaəddin Əttarın vəfatının (1400) ardından Hisarı-Şadman (bu gün Tacikistanın paytaxtı Düşənbə) yaxınlarındakı Hülgatu kəndində qurduğu təkkədə irşad fəaliyətinə başladı. Ən önəmli müridi Nəqşibəndiyyənin yayılmasında böyük xidməti olan Ubeydullah Əhrardır. Yaqub-i Çərxinin vəfat tarixi qaynaqlarda 1434-cü il və ya 1447-ci il olaraq göstərilmişsə də əksəriyyət ikinci tarixi qəbul edilir; qəbri Hülqatu kəndindədir. Əfqanıstanın Çərx qəsəbəsində əhalinin Yaqub əl-Çərxiyə aid zənn etdiyi məzar isə ata-babalarından birinə aitdir. Dara Şükuh, Çərxdən keçərkən Yaqub əl-Çərxinin atalarına aid bəzi məzarları ziyarət etdiyini söyləyirdi. əl-Çərxi, Tacikistanda olduğu kimi əsl vətəni olan Əfqanıstanda da hörmətlə anılır.
- Yaqub-i Çərxi, Risalə-i Ünsiyyə (nşr. M. Nəzir Rancha), İslamabad, 1983, s. 12-15;
- Ahmət Cahid Haksəvər, Yaqub-ı Çərxi: Həyatı, Əsərləri və Təsəvvüf Anlayışı, İstanbul, 2009;
- M. İbrahim Xəlil, “Mövlanə Yaqub-i Çərxi”, Aryana, II/2, Kabil, 1322 hş./1943, s. 11-14; *Məvcudə Razzakova, “Yaqub Çərxi-Nəqşbəndiyə Təriqətınıng Yirik Vəkili”, Şarkşunaslık, sy. 8, Daşkənd, 1997, s. 117-122;
- Hamid Algar, “Čarkī, Mawlānā Yaqub”, EIr., IV, 819-820;
- Babək Atəşin Can, “Yaķub-i Çərxi”, Danişnamə-i Ədəb-i Farsi (nşr. Həsən Ənuşə), Tehran, 1380 hş., I, 981-982;
- Arif Nəvşahi, “Çərxi, Yaqub”, Danişnamə-i Cihan-ı İslam, Tehran, 1386 hş./2007, XI, 811-812.
|
---|
Sufi anlayışlar | |
---|
Sufi fəaliyyəti |
Nəşid • Zikr • Hədra • Müraqəbə • Qəvvali • Səma • Ziyarət
|
---|
Təriqətləri | |
---|
Tanınmış erkən sufi və mistiklər | |
---|
Tanınmış müasir sufi və mistiklər |
Baba Rexheb • Abdal Hakim Murad • Əbdülqdir as-Sufi • Əhməd Kayhan Dədə • Abdula ah Nəqşibəndi • Əhməd Ələvi • Əbdürrəhman əl-Şaquri • Aşfaq Əhməd • Qələndər Baba Auliyə • Xoca Şəmsəddin Əzimi • Məhəmməd Muhaiyəddin • Feysəl Abdul Rauf • Riaz Əhməd Gövhər Şahi • Qalib Həsən Quşçuoğlu • Qulam Mustafa Xan • Hafiz Qamaruddin Çişti Sabiri • Hişam Kabbani • Həzarat Mai Safura Qəiriyyə • Məhər Əli Şah • Məhəmməd Ələvi l-Maliki • Nazim əl-Haqqani • Seyid Vahid Əşrəf • Nuh Ha Mim Keller • Nurəddin Durki • Ömər Əli Şah • Osman Nuri Topbaş • Pir Zülfiqar Əhməd • Məhəmmd Əbdülqədir Siddiqi Qədri • Əhməd Rza Xan Bərləvi • Rəşad Fild • Sahib Qiblə Fültli • Səid Əfəndi əl-Çirkaşi • Qüdrətullah Şəhab • Sufi Bərkat Əli • Seyid Şücaət Əli Qədri • Məhəmməd Tarhir-ül-Qədri • Tahir Allauddin • Tacəddin Məhəmməd Bədrəddin • Varis li Şah • Vasif Əli Vasif • Zahin Şah Taci
|
---|
Sufizm tədqiqatçıları |
İvan Aqueli • Kurt Almqvist • Titus Burkhardt • Uilyam Çittik • Korbin • Karl Ernst • Robert Freycer • Genon • Leks Hikson • Teyc Lindbum • Linqs • Hüseyn Nasr • Annmari Şimmel • Maykl Sells • İdris Shah • Fritof Şuon • Reynold A. Nikolson • Zakir Məmmədov
|
---|
Sufizm mövzuları | |
---|