Zamanlı (Gədəbəy)


ZamanlıAzərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Arabaçı kənd Sovetinin Zamanlı kəndi Mormor kənd Sovetinin tərkibinə verilmişdir.[2]

Zamanlı
40°39′01″ şm. e. 45°26′03″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.346 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 649 nəf. (2009)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2112[1]
Xəritəni göstər/gizlə
Zamanlı xəritədə
Zamanlı
Zamanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin keçmiş adı Sərkar olmuşdur. Yerli məlumata görə, kəndi vaxtilə Qızılalı oğlu Zaman salmış və kənd də onun adı ilə adlandırılmışdır. Kəndin əhalisi əsasən xəlfəli tayfasına mənsub ailələrdən ibarətdir. Oykonim Zaman (şəxs adı) və -lı komponentlərindən düzəlib.[3]

Zamanlı kəndinin tarixi albanların bu ərazilərdə yaşadığı IV-V əsrlərə gedib çıxır.

2010-cu il sentyabrın 11-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgərləri tərəfindən bu kəndin ərazisində təxribat törətməyə çalışan Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Manvel Sarıbekyan tutulmuşdur. Daha sonrakı araşdırmalar nəticəsindən məlum olmuşdur ki, Manvel Sarıbekyan Azərbaycan tərəfinə kənd məktəbini partlatmaq üçün keçib.[4]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Murğruz silsiləsinin yamacında yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 649 nəfər əhali yaşayır.[5]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
  3. Zamanlı (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. "Ermənilər Azərbaycanda məktəbi partlatmaq istəyiblər". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]