XASİYYƏT [Pərviz:] Bu xasiyyət bir azar kimi mənim yaxamdan əl çəkmir (M.İbrahimov); ADƏT Səgrəqib sözünə etibar etmək; Bilməzəm, xublarda bu nə adətdi (Q.Zakir); FİTRƏT Çopo Ceynizə: Deməli, başqa-başqa fitrətə malik olduğumuzdan bir-birimizi anlaya bilməyəcəyik (Çəmənzəminli); XARAKTER (dan.) Pərviz: Səfanın sözü açıq deməyi və xarakterini möhkəmlətmək qərarı mənim xoşuma gəlir (M.İbrahimov); XİSLƏT Yox, yox... O quşla var nisbətin sənin; Onun xislətidir, xislətin sənin (M.Rahim); XOY (kl.əd.)Xoyu məlaikdir, özü pərinaz; Cilvəsi qarıçqay, cıqqası şahbaz (M.P.Vaqif); QILIQ (dan.) (yaxşı rəftar) Tubu: Arvadın gərək qılığı olsun. Sənin qılığın yoxdur, kişinin də gözüne girə bilmirsən (Ə.Haqverdiyev); MƏŞRƏB (arx.) Əbülhəsən bəy: ...onu əski hannalığından tamamilə ayırmaqda və yüngül, xoş məjrəb bir qadın etməkdə idi (M.S.Ordubadi); TƏB (kl.əd.) Təbdə sərtdir çü mülki-şimal; Xəlqinə tünd olur dəxi əhval (S.Ə.Şirvani); TƏBİƏT Qaraca qızın təbiətində inadcıllıq vardı (S.S.Axundov); PEŞƏ (dan.).