1. XİDMƏTÇİ (müxtəlif mənalarda: saray xidmətçisi, ev xidmətçisi və s.) Bir azdan sonra xidmətçi Nataşa əlində qab-qacaq mətbəxə girdi (A.Şaiq); CARİYƏ Cariyələr, nökərlər düşdülər əl-ayağa; Hərəsi bir tərəfdən qulluq etdi qonağa (B.Vahabzadə); XADİMƏ Xadimə otağa keçəndə qapıdan kollektiv surətdə çölə hücum çəkən tüstü layları ilə bərabər məruzəçinin kallaşmış səsi eşidildi (Ş.Fərzəliyev); XİDMƏTKAR Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı (A.Səhhət); KƏNİZ (qıza aid) Çaydır, dənizdir; Quldur, kənizdir; Balam hər nədir; Mənə əzizidir (Bayatı); QULLUQÇU [Maşo:] Bu qulluqçuya deyərsən xörəyi də tez hazır etsin (N.Nərimanov); NÖKƏR (oğlana aid) Hacı Kamyab: Xan mən sizin kəmtərin nökərinizəm. qızım da kənizinizdir (Ə.Haqverdiyev); QARABAŞ (bax).
2. xidmətçi bax qulluqçu 1