YIĞIN
YIĞINAQ
OBASTAN VİKİ
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cinayət zamanı M yığın (film, 1952)
Cinayət zamanı M yığın (ing. Dial M for Murder) — 1954-cü ildə kinematoqraf Alfred Hitchcock tərəfindən çəkilmiş detektiv filmidir. Frederik Nottun məşhur “Telefon zəngi” pyesinin çox dəqiq uyğunlaşdırılmasıdır. Film IMDb-yə görə 250 ən yaxşı film siyahısına və Amerika Film İnstitutuna görə detektiv janrında olan ilk on filmə daxil edilmişdir.

Digər lüğətlərdə