YALLI-YAPALLI

(Qazax)
ətli-canlı, kök. – Kərimin bir yallı-yapallı arvadı var
YALQUZAX
YALMAN
OBASTAN VİKİ
Yallı
Yallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir. 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycanın güney bölgələrində "yallı"ya "halay" da deyilir guney Azərbaycanın qərbi Azərbaycan əyalətində jəlman da adlanır. (Al/Hal) kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol "halah" feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca "hələ" feli də eyni anlama gəlir. == Tarixi == Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur.
Dönə yallı
Dönə yallı – Adətən çox halda qadınların, az halda isə kişilərin ifa etdikləri, ifa olunarkən – "yar dönə, dönə" - sözündən götürülən yallıda cavan oğlan sevgilisindən xahiş edir ki, ona tərəf dönsün. Qədim Azərbaycan xalq mahnısının musiqisi altında ifa olunan "Dönə yallı"da mahnısını yallıbaşı oxuyur. Beşiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu olan "Dönə yallı" Şərur Xalq Yallı kollektivinin repertuarında özünəməxsus yer tutmaqla inkişaf etdirilməkdədir.
Dördayaq (yallı)
Dördayaq – Ən qədim Azərbaycan yallırından biri. Yallının adı rəqsin əvvəlində ifaçıların yırğalanaraq dörd addım atmalarından götürülmüşdü. Şərur rayonunda yaranmış yallı sonralar daha geniş yayılaraq milli-mənəvi dəyərləri yaşadanların ən sevimli yallılarından biri olmuşdur. İştirakçılar çeçələ barmaqları ilə çiyinləri səviyyəsində bir-birindən tuturlar. Asta və sürətli hərəkətlərdən ibarət olan yallını həm qadınlar, həm də kişilər ifa edirlər. Naxçıvanın Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də onların əhatə etdiyi kəndlərin toy məclislərində və keçirilən mədəni-kütləvi tədbirlərdə ifa edilir.
Şərur Xalq Yallı Ansamblı
Şərur Xalq Yallı Ansamblı — rəqs kollektivi == Tarixi == 1929-cu ildə kolxoz rəqs ansamblı kimi yaradılmışdır. İllər keçdikcə kollektiv böyümüş və repertuarını zənginləşdirmişdir. == Fəaliyyəti == === Beynəlxalq festivallarda iştirakı === 1936-cı ildən böyük səhnəyə qədəm qoyan ansambl 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. Üzeyir Hacıbəyov yallı ansamblına daim qayğı və yardım göstərmişdir. Ansambl dünyanın bir çox ölkələrində keçirilən bədii özfəaliyyət festivallarında iştirak etmiş, diplom və mükafatlara layiq görülmüşdür. 1972-ci ildə keçmiş Almaniya Demokratik Respublikasındə keçirilən ümumdünya folklor rəqsləri festivalında ölkəni təmsil etmiş, festivalın laureatı adını almışdır. I Ümumittifaq xalq yaradıcılığı festivalının, Polşada keçirilən XI beynəlxalq folklor festivalının (1984) da laureatı adına layiq görülmüşdür. Ansambl 1980-ci ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, 1998-ci ildə Bayburt şəhərində “Dədə Qorqud” festivalında, 2000-ci ildə Misirin paytaxtı Qahirədə XII beynəlxalq folklor füstialında da uğurla çıxış etmişdir. Ansamblın çıxışları dəfələrlə Moskva televiziyası ilə göstərilmişdir. Kollektiv yaradıcılıq axtarışlarını daim davam etdirir, repertuarını qədim xalq oyunları ilə zənginləşdirir.