YARIMÇIQ
YARIŞMA
OBASTAN VİKİ
Kosmik yarış
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur. Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı. "Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər. Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi.
Yarış durumu
Yarış durumu (ing. race condition) – çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq: int x; // Axın 1: while (!stop) { x++; … } // Axın 2: while (!stop) { if (x%2 == 0) System.out.println("x=" + x); … } Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir: 1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) { int cached_x = x; if (cached_x%2 == 0) System.out.println("x=" + cached_x); … } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Karam, G.M.; Buhr, R.J.A. (August 1990).
Mən Azərbaycanlıyam (yarış)
Yarış video oyunu
Yarış videooyunu (ing. Racing video game) — oyunçunun birinci və ya üçüncü şəxs perspektivindən quru, su, hava və ya kosmos üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrindən istifadə edərək yarış müsabiqəsində iştirak etdiyi videooyun janrı. Bu müsabiqələr real həyatdakı yarış turnirlərinə və ya tamamilə uydurma mövzulara əsaslana bilərlər. Ümumi olaraq, onlar hardkor simulyasiyalar və ya daha sadə arkada yarış oyunları ola bilərlər. Yarış videooyunları idman videooyunları kateqoriyasına daxildirlər.
Le-Man (yarış pisti)
Le-Man — Fransanın Le Mans şəhərində yerləşən avtomobil yarışlarının yarış pistidir. Pist xüsusilə Le Mans 24 Saat yarışları ilə tanınır.
George Russell (yarış sürücüsü)
Corc Uilyam Russell (ing. George Russell; 15 fevral 1998 və ya 1998) — Britaniyalı Formula 1 sürücüsüdür. 2017-ci ildə GP3 və 2018-ci ildə Formula 2 çempionu olduqdan sonra 2019-cu ildə Williams komandası ilə Formula 1 yarışlarına başladı. O, 2022 mövsümündə Mercedes komandası üçün yarışacaq . == Həyatı == Russell Norfolk ştatının King's Lynn şəhərində atası Stiv və anası Alisonun iki bacısı ilə birlikdə ən kiçiyi olub: bacısı Cara və böyük qardaşı Benjy. Russel 7 yaşında kartinqlə məşğul olub, vaxtının çox hissəsini kartinq treklərində və həm də rəqabətli kartinqlə məşğul olan qardaşı Benji ətrafında keçirib. Wisbech, Cambridgeshire-də böyüyən Russell, yarış komandalarına daha yaxın olmaq üçün 18 yaşında Milton Keynsə köçməzdən əvvəl Wisbech Grammar School-da təhsil almışdır. Atası kimi o da Wolverhampton Wanderers Futbol Klubunun azarkeşidir.
Arvad daşıma yarışı
Arvad daşıma yarışı və ya fin dilindəki adı ilə eukonkanto – kişilərin qadın partnyorlarını daşıyaraq yarışdıqları idman növü. Bu idman növündə kişi qadını daşıyaraq ən qısa müddətdə finiş xəttinə çatmalıdır. İdman növü Finlandiyanın Sonkayarvi şəhərində yaranmışdır. Bu idman növündə bir çox arvad daşıma stili mövcuddur: klassik stil, yanğınsöndürən stili (çiyinlərdə), eston stili (qadın başı aşağı vəziyyətdə daşınır) və s. == Tarix == Arvad daşıma yarışı Finlandiyanın Sonkayarvi şəhərində ixtira edilib və mənşəyi XIX əsrdə yaşamış Herkko Rosvo-Ronkainen adlı quldurla bağlıdır. Rəvayətlərə görə Rosvo-Ronkainenin dəstəsi ilə kəndlərə basqın edərkən evli qadınları qaçırır və onları bellərində aparırdılar. Digər versiyaya görə Rosvo-Ronkainen adamlarını daha güclü və cəld etmək üçün onlara ağır kisələr daşıtdırırdı və nəticə bu idman növü yaranmışdır. İdman növü zarafat məqsədi daşısa da, iştirakçılar ciddi şəkildə yarışırlar. Arvad daşıma yarışları əsasən Finlandiya, İsveç, Estoniya, Latviyada baş tutsa da, ABŞ, Avstraliya, Honkonq, Birləşmiş Krallıq, Almaniya, Hindistan kimi ölkələrdə də keçirilir. İdman növünün Ginnesin Rekordlar Kitabında öz kateqoriyası mövcuddur.
At yarışı
At yarışı, ən qədim və ən məşhur idmanlardan biridir. İlk at yarışları, köhnə Türk dövlətlərində keçirilmişdir. Hititler, Asurlular, Romalılar və Misirlilərin at yarışları təşkil etdiyi bilinməkdədir. Homeros E.Ə. 9-cu ya da 8-ci əsrdə yazdığı İlyada adlı əsərində atlı araba yarışlarından danışır. Şimali Afrikalı, Çinli, Fars və Ərəb minicilərin də yarışlar etdiyi bilinməkdədir. İlk nizamlı yarışlar, 17-ci əsrdə İngiltərə Kralı II. Çarlz dövründə edildi. 1665-də Şimali Amerikada ilk rəsmi at yarışı təşkil edildi. At yarışları, bugünkü beynəlxalq formasını 19-cu əsrin ortalarına doğru qazanmağa başladı. İndiki vaxtda ən məşhur İngilis maneəli yarışı, Liverpuldakı Aintree qaçış sahəsində edilən Böyük Milli Yarışdır. İndiki vaxtda at yarışları safkan ya da yarımkan atlarla edilər.
Avropa Yük Maşınları Yarışı Çempionatı
FIA Avropa Yük Maşınları Yarışı Çempionatı ― Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təsdiqlənmiş və ETRA Promotion GmbH tərəfindən təşkil edilən tırlar üçün nəzərdə tutulmuş motorsport növündə olan yol yarışları seriyasıdır. == Çempionlar == === 1985–1993 === === 1994–2005 (FIA European Cups) === === 2006–indiyə qədər (FIA Avropa Çempionatı) === ==== Goodyear Yük Maşınları Kuboku ==== 2017-ci ildən seriya müntəzəm sürücülər çempionatı çərçivəsində Goodyear Yük Maşınları Kuboku yarışlarını keçirməyə başlamışdır.
Azərbaycanda təşkil edilən intellektual yarışların siyahısı
Aşağıdakı siyahıda Azərbaycanda təşkil edilən intellektual yarışlar verilib.
Kabus yarışçı (film, 2007)
Kabus yarışçı (ing. Ghost Rider) — 2007-ci ildə çəkilən ABŞ filmidir. == Məzmun == Con Bleyz atası ilə birlikdə motosiklet şoularında iştirak edən gənc oğlandır. Atasının xərçəng xəstəlindən əziyyət çəkdiyi örəndiyi müddətdə qəribə adamla rastlaşır. Həmin naməlum adam ona deyir ki, əgər ruhunu ona versə, qarşılığında atasınıı xəstəlikdən xilas edəcəkdir. Con bu sənədi oxumadan, əlindən damlanan qan ilə bu müqaviləni imzalamış sayılır. Həmin adam isə şeytan Mepistophelesdir. Mepistopheles Amerikada bir çox insan ruhunu bu vasitə ilə həp etmişdir...
Kabus yarışçı 2: İntiqam atəşi (film, 2012)
Kabus yarışçı 2: İntiqam atəşi (ing. Ghost Rider: Spirit of Vengeance) — Mark Neveldayn və Brayan Teylor tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Şərqi Avropada gizlənən Conni Bleyz gecələr onu kabusa çevirən lənətdən qurtulmağa çalışır. Lakin kilsənin gizli bir sektası tərəfindən köməyə çağırıldıqda kabus yarşçı həvəssiz olsa da, bu işə razılıq verir. İndi o, kiçik bir oğlanın bədənindən istifadə edərək insan forması almaq istəyən şeytani qüvvə ilə mübarizə aparmalı olacaq. Bu yolda Bleyz həm də onu narahat edən öz lənətindən də qurtula bilər...
Miss Azərbaycan Gözəllik yarışması
Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımlarını seçim məqsədi ilə hər il keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib. “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.
Motosiklet Yarışı (1937)
== Məzmun == Kinolent Azərbaycan SSR-də Bakı avtoklubu üzvləri arasında keçirilən motosiklet yarışları haqqındadır.
Motosiklet yarışı (film, 1937)
== Məzmun == Kinolent Azərbaycan SSR-də Bakı avtoklubu üzvləri arasında keçirilən motosiklet yarışları haqqındadır.
Qarabağ FK Avropa yarışlarında
Qarabağ FK Avropa yarışlarında — Azərbaycan Premyer Liqasında çıxış edən və 1993-cü ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Ağdam şəhərini təmsil edən Azərbaycanın futbol klubu. "Qarabağ"ın Avropa yarışlarındakı ev oyunları əsasən Tofiq Bəhramov Stadionunda və qismən Bakı Olimpiya Stadionunda baş tutur. 2012-ci ildə yenidən qurulan Tofiq Bəhramov Stadionunun tutumu 31.200 nəfərdir. "Qarabağ"ın heyətində UEFA yarışlarında ən çox meydana çıxan futbolçu Maksim Medvedev (121), ən çox qol vuran futbolçu isə Zubirdir (15). == Qısa tarixi == === 1996–2007-ci illər === "Qarabağ" UEFA səviyyəsində birinci yarışına, 1996/1997-ci illər mövsümündə UEFA Kuboklar Kuboku turniri çərçivəsində qatıldı. Avqustun 8-də Tofiq Bəhramov Stadionunda Finlandiyanın "MyuPa" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", 83-cü dəqiqədə buraxdığı qolla rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Avqustun 22-də baş tutan cavab görüşündə, "Qarabağ" 1:0 hesabı ilə qalib gəldi. Komandanın yeganə qolunu, 27-ci dəqiqədə Bəxtiyar Musayev vurdu. Əlavə vaxtda isə "Qarabağ", 119-cu dəqiqədə buraxdığı qolla, ümumi nəticədə "MyuPa" futbolçulara 1:2 hesabı ilə məğlub oldu və yarışlarda mübarizəni dayandırdı. 1997/1998-ci illər mövsümündə "Qarabağ", UEFA Kuboku turnirində mübarizə apardı.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Silahlanma yarışı
Silahlanma yarışı — iki və ya daha çox tərəf arasında ən yaxşı silahlı qüvvələrə sahib olma yarışı.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Təbriz karikatura yarışı
Təbriz Cizgi filmi Muzeyi (fars. موزه کارتون تبریز‎) — Təbriz şəhərində yerləşən muzey. 2002-ci ildən Təbriz şəhərində keçirilən illik karikatura müsabiqəsi bu muzeydə keçirilir. Təbriz Cizgi Filmi Muzeyi İranın ilk və tək cizgi filmi və karikatura muzeyidir. Bu karikatura və cizgi filmi muzeyindən rəsmi olaraq dünyada cəmi 5 ədəd mövcuddur. Bolqarıstanın Qabrovo şəhərində yerləşən Yumor və Satira Evindən sonra dünyada yerləşən ikinci ən geniş muzeydir. Bu muzey dünya karikatura və cizgi filmi muzeyləri rəhbərlərinin illik ikinci toplantılarını ev sahibliyi edir. Bu toplantılara İtaliya, Fransa, Türkiyə, Azərbaycan, Suriya və Belçikadan nümayəndələr qatılır. Muzey 2007-ci ilin mart ayında Təbriz İncəsənət Mərkəzinin qərb hissəsində yaradılmışdır. Mədəniyyət departamentliyinə tabe olsa da, illik müdcəyə malik deyildir.
Yarışlı gölü
Yarışlı gölü — Burdurun Yaşılova vilayətində göl. Sahəsi 16 km2 olan karstik göl Harmanlı, Yarışlı, Kocapınar, Sazaq və Düğer kəndləri arasında yerləşir. Göl içində balaca ada da var. Göl natrium fosfat, natrium xlorid və natrium sulfatla zəngin olduğundan suları şordur. Kümbet, Yarışlı, Kilsə bulaqları, Qadınca suyu, Başquyu çayı və yağıntılarla qidalanır. Qidalanma mənbələri zəif olan göl xaricə çıxışı olmayan Buldur gölündən alçaq təpələrlə ayrılır. Axarların gölə qarışdığı sahələrdə bitki örtüyü inkişaf etmişdir. Göl bioloji müxtəliflik baxımından kasıbdır. Dərə ağızlarında ancaq dişi sazan balığı yaşayır. Göl suları yayda quruyaraq duzlu bataqlığa çevrilir.
Yarışçı Spidi
Yarışçı Spidi Mach GoGoGo (マッハGoGoGo, Mahha QoQoQo) — avtoidman mövzusunda olan anime franşiza. Azərbaycanda Mədəniyyət TV kanalında yayımlanıb. == Məzmun == Spidinin atası keçmişdə guləş uzrə çempion olub və "Mach 5" adlı xüsusi bir avtomobil quraşdırıb. Bu avtomobilin koməyi ilə Spidi cinayətkarlarla və rəqibləri ilə mübarizə aparır.
Yük maşını yarışı
Yük maşını yarışları — yük maşınları ilə həyata keçirilən bir motorsport növüdür. Avropa Yük Maşınları Yarışı Çempionatı (EHRC) Almaniyanın Nürburgring və Fransanın Le Mans kimi dünyanın ən məşhur motorsport dövrələrində keçirilir. ABŞ-də Craftsman Yük Maşınları Seriyası Yarışları, 400 millik yarışları izləmək üçün ölkənin hər yerindən izdiham yığır. == Vacib məlumatlar == Avropa yük maşını yarışları 1980-ci illərdə başladığında, normalda yollarda işləyən nəqliyyat vasitələrindən istifadə edilmişdir. Craftsman Yük Maşınları Seriyası Yarışları, 1995-ci ildən başlanmışdır. Yarış üçün nəzərdə tutulmuş yük maşınları 161 km/saat sürətə Porsche 911 idman avtomobilindən daha sürətli çatır. Bir yük maşını üçün minimum çəki 5500 kq-dır. Təhlükəsizliyə görə 161 km/saat sürət həddi mövcuddur.
Neftçi PFK Avropa yarışlarında
Neftçi PFK UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin hamısında, ümumilikdə 22 dəfə iştirak edib. == Tarixi == "Neftçi" avrokuboklarda ilk dəfə qələbə qazanan Azərbaycan klubu olub (1996-cı ildə Bakıda Bolqarıstan "Lokomotiv"i üzərində 2:1 hesablı qələbə), Çempionlar Liqasında 2 il ardıcıl mərhələ adlayıb (2004/05 və 2005/06 mövsümlərində), avrokuboklarda ilk səfər qələbəsinə nail olub (2005-ci ildə İslandiyada "Hafnarfyordur" üzərində 2:1 hesablı qələbə), avrokuboklarda iki mərhələ adlayan ilk komanda olub (2008-ci ildə İntertoto Kubokunda). 2011–12-ci il mövsümünün qalibi kimi Çempionlar Liqasına vəsiqə qazanmış "Neftçi" mübarizəyə ikinci mərhələdən başladı. Flaqman bu mərhələdə Gürcüstan çempionu "Zestafoni"ni iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıda keçirilmiş ilk matçda rəqibini 3–0 hesabı ilə məğlub etmiş komandamız səfərdə rəqibi ilə heç-heçə etdi. 2–2. Növbəti mərhələdə Flaqman İsrailin "Kiryat Şmona" klubuna uduzsa da, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək imkanı əldə etdi. Pley-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 (1–1,3–1) məğlub etmiş Flaqman Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu. "Neftçi" Avropa Liqasının qrup mərhələsində, qitənin ən güclü 10 klubundan biri hesab edilən İtaliya "İnter"i, eləcə də Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klubları ilə qarşılaşdı. "Partizan"la hər iki oyunda heç-heçə etmiş "Neftçi", "İnter"lə "Cüzeppe Meazza" stadionunda sülh bağladı.
Yeni Dalğa (yarışma)
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymond Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. == Keçirildiyi yer == İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. == İştirakçılar == Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Kabus yarışçı 2: İntiqam atəşi
Kabus yarışçı 2: İntiqam atəşi (ing. Ghost Rider: Spirit of Vengeance) — Mark Neveldayn və Brayan Teylor tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Şərqi Avropada gizlənən Conni Bleyz gecələr onu kabusa çevirən lənətdən qurtulmağa çalışır. Lakin kilsənin gizli bir sektası tərəfindən köməyə çağırıldıqda kabus yarşçı həvəssiz olsa da, bu işə razılıq verir. İndi o, kiçik bir oğlanın bədənindən istifadə edərək insan forması almaq istəyən şeytani qüvvə ilə mübarizə aparmalı olacaq. Bu yolda Bleyz həm də onu narahat edən öz lənətindən də qurtula bilər...

Digər lüğətlərdə