YAZIQ

1. YAZIQ, FAĞIR [Hacı:] Qul oldunuz bir vaxt xana; Yazıqsınız, fağırsınız; Aldanmayın Natəvana (M.Rahim); BAŞIDAŞLI (dan.) Bir kənddə camaat ağlaşa-ağlaşa yüzbaşının yanına yıxılıb: “Bəs toxumluğu aparırsınız, biz başıdaşlı nə əkək?” – deyirdi (Çəmənzəminli); BİÇARƏ (köhn.) Molla Səfi: Biçarə kişinin ovqatı təlx oldu (N.Vəzirov); BİNƏVA (köhn.) Binəva övrət xiffətindən naxoşluğa düşüb.. (Ə.Haqverdiyev); DİLSİZ (məc.) Dilsizlər hərə bir küncdə palçığa bulanmış, aclıqlarından nalə edirlər (N.Nərimanov); DİLSİZ-AĞIZSIZ (məc.) Hər kəs dilsiz-ağızsız, bacarıqsız bir talibə zənn edirdi (S.Hüseyn); MƏZLUM Xəlil: Kaş bu yaradan öləydim, səni bu halətdə görməyəydim, yazıq ağa, məzlum ağa (N.Vəzirov); ZAVALLI Özünü unudubdur; Bu zavallı xəstənin; Nəbziylə yaşayır o (B.Vahabzadə); ZƏLİL Bu polad çiynimdən asılacaqdır; Zalimlər önündə olacaq zəlil (S.Rüstəm); BƏDBƏXT (bax), QƏRİB.

2. yazıq bax aciz

YAZIÇI
YAZIQ-YAZIQ

Digər lüğətlərdə