YEMƏ
YEMƏ
OBASTAN VİKİ
Qəm yemə!
"Qəm yemə!" (gürc. არ იდარდო!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Dayım Benjamin" tragikomediya romanının adaptasiyasıdır. Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, dostları, Benjaminin yeznəsi olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin bacısı Sofiko (Sofiko Çiaureli) onu və böyük ailəsini saxlamalıdır. Qardaşını evləndirməyə çalışaraq, onu yerli loğman həkim Tsintsadzenin varlı ailəsindən olan və poruçik İşxnelini sevən qızı Meri (Məryəm) ilə bir araya gətirir və tanış edir. Benjaminin qayğısız həyatı birdən-birə çox mürəkkəbləşir. O, evlənməkdə maraqlı deyil, daha çox meyxanəçi arvadı Marqo ilə görüşməyə üstünlük verir, lakin Sankt-Peterburqda təhsil almaq üçün Benjaminə borc verən və indi borcunu tələb edən Abesalom Şalvoviç gəldiyindən və Qlontini həbslə hədələdiyindən Benjamin Sofikonun qərarına tabe olur.
Cənubi Koreyada küçə yeməkləri
Cənubi Koreyada küçə yeməkləri — Cənubi Koreya küçə yeməkləri ilə məşhurdur. Bununla Yaponiyadan çox fərqlənir. Yaponiyada küçədə satıcılarla qarşılaşmaq çox çətindir amma Koreyada sırf küçədə satıcılardan alınıb yeyilən yeyəcəklər vardır. Üç tip küçə yeməkləri satan yerlər vardır. Birincisi, çadır şəklində yerlərdir. Burada eyni zamanda axşamlar içki içmək istəyənlərin də məkanıdır. İkincisi, səyyar maşınlarında satanlar. Üçüncüsü isə milli market və ya restoranlardır. Cənubi Koreyada insanlar küçə yeməklərinə çox böyük maraq göstərirlər. Əslində Coson krallığı dövründə kralların yedikləri doqboqqi və sunde kimi yeməklər hal-hazırda Koreya küçələrində daha ucuz əldə edib yemək mümkündür.
Emalatxanada səhər yeməyi (tablo)
Emalatxanada səhər yeməyi (fr. Le Déjeuner dans l'atelier) — Eduard Mane tərəfindən 1868-ci ildə çəkilmiş rəsm əsəri. Rəsmin içərisində xüsusilə oğlu Léon Koëlla-Leenhoff və rəssam dostu Joseph-Auguste Rousselin var.
Emmausda şam yeməyi (Karavacco), London
Emmausda şam yeməyi (ing. The Supper at Emmaus) italyan rəssam Karavacco tərəfindən 1601-ci ildə çəkilmişdir və hazırda rəsm London milli qalereyasında sərgilənir. İsa peyğəmbərin çarmıxa çəkilməsindən sonra həvariləri Qüdsdən Emmaus adlı kiçik bir qəsəbəyə gedirlər. Yolda onlar bir insana rast gəlirlər ki, sonradan o insan da onlara qoşulur. O, Həzrəti İsanın özü idi, lakin ilk gördüklərində həvariləri onu tanımır. Onlar Emmausda həmin gün şam yeməyi üçün əyləşdiklərində “o çörəyi götürdü, şükür etdi və bölüb onlara verməyə başladı. Sonra onların gözləri açıldı, onlar onu tanıdılar.
Emmausda şam yeməyi (Karavacco, London)
Emmausda şam yeməyi (ing. The Supper at Emmaus) italyan rəssam Karavacco tərəfindən 1601-ci ildə çəkilmişdir və hazırda rəsm London milli qalereyasında sərgilənir. İsa peyğəmbərin çarmıxa çəkilməsindən sonra həvariləri Qüdsdən Emmaus adlı kiçik bir qəsəbəyə gedirlər. Yolda onlar bir insana rast gəlirlər ki, sonradan o insan da onlara qoşulur. O, Həzrəti İsanın özü idi, lakin ilk gördüklərində həvariləri onu tanımır. Onlar Emmausda həmin gün şam yeməyi üçün əyləşdiklərində “o çörəyi götürdü, şükür etdi və bölüb onlara verməyə başladı. Sonra onların gözləri açıldı, onlar onu tanıdılar.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. Kükünün bir çox çeşidi hazırlanır.
Külçə (yemək)
Külçə — un məmulatı. Azərbaycanın milli mətbəxindən. Bunun üçün bizə 8 stəkan un, 4 ədəd yumurta, 3 stəkan süd, 8 stəkan şəkər tozu, 2 paket vanel lazımdır. Birinci şəkərlə yumurtanı qarışdırırıq. Sonra isə vaneli tökürük. Ən son olaraq unu və südü əlavə edirik. Acımağa qoyuruq. Acıdıqdan sonra xəmiri kiçik-kiçik kündələr halına gətiririk. Onları yuxa kimi yayırıq. Uyğun bir qab götürüb yaydığımız yuxanı tək-tək qabın içinə qoyuruq.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Ləpirçi: Mən yeməli deyiləm
Ləpirçi: Mən yeməli deyiləm — Rövşən Abdullaoğlunun "Ləpirçi" silsiləsindən olan ilk kitabı. “Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mübarizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək. Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağdərili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı? Kitab 2020-ci ildə Bakıda Qədim Qala nəşriyyatında "Ləpirçi" silsiləsində 264 səhifədə 60x84 ölçüsündə çap edilib. "Ləpirçi: Mən Yeməli Deyiləm" ( (az.)). qedimqala.az.
Naan (yemək)
Naan (farsca نان‎, hindce नान, urduca نان‎, kürdce nan, çin dilinde ise 馕) — buğdadan hazırlanmış əriştədir. Hindistan milli mətbəxinə məxsusdur. Hindistanla yanaşı Əfqanıstan, İran, Nepal, Pakistan, Tacikistan, Özbekistan və digər Orta Asiya ölkələrində məşhur yeməkdir. Türk dilində (misal üçün qazax, qırğız, özbək, uyqur və s.) çörək “nan” adlanır. Esas erişteni buğda unundan hazırlanmış xemşr teşkilr edir. Ancaq zövqdən asılı olaraq lobya, tərəvəz, pendir və ya kartofda əlavə edilir. Naan sup, çay və ya müxtəlif sulu yeməklə yeyilir. Naan sözü ingilis dilinə 1810-cu ilde Villiyam Tokko gətirib. Fars dilində “nan” çörək deməkdir. İllər ərzində Orta və Mərkəzi Asiyada nan sözü müxtəlif mənalar bildirmiş və sonda düz yeni lavaş çörək naan adlandırılmışdır.
Orta Yeməzli
Orta Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Orta Yeməzli yaşayış məntəqəsi vaxtilə Ağdam rayonunun Ətyeməzli (əsli Atyeməzli) kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar oykonimin tərkibindəki ət (at) komponenti düşmüşdür. Həmin kənddən bir qədər yuxarıda Yuxarı Yeməzli, kəndə məxsus qişlaq yerində isə Aşağı Yeməzli kəndləri yarandiqdan sonra kənd Orta Yeməzli adlandinlmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Otun üzərində səhər yeməyi
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.
Qarnıyarıq (yemək)
Qarnıyarıq — Sote edilmiş doğranmış soğan, sarımsaq, qara bibər, pomidor, istəyə bağlı yaşıl bibər, cəfəri və qiymə qarışığı ilə doldurulmuş badımcandan ibarət yemək.
Quru səhər yeməyi
Səhər yeməyində xırtıldayan qarğıdalı və ya xırtıldayan qarğıdalı taxıl, işlənmiş dənli bitkilərin dənindən hazırlanmış səhər yeməyi olub, əsasən Qərb dünyasında tez-tez səhər yeməyi üçün istifadə olunur. Ən çox südlə qarışdırılır, eyni zamanda qatıq və ya meyvə ilə də yeyilə bilər. Bəzi şirkətlər qarğıdalı unu və yulaf əsaslı və yüksək lifli taxıl yeməyinin sağlamlığa faydalarını vurğulayaraq məhsullarını reklam edirlər. ABŞ-də taxıllar tez-tez lazımi vitaminlərlə zənginləşdirilirlər, eyni zamanda sağlam səhər yeməyi üçün lazım olan vitaminlərin əksəriyyətindən məhrum da ola bilərlər. Külli miqdarda tərkibində şəkər olan taxılların çoxu istehsal olunur. Bir çox səhər yeməyi ekstruziya ilə istehsal olunur. Səhər yeməyində istifadə edilən taxıl sənayesinin ümumi mənfəət nisbəti 40-45 %, bəzi bazarlarda 90 %-ə kimi nüfuz etmiş və tarixi boyu davamlı olaraq böyümüşdür. ABŞ-də müxtəlif səhər yeməyi taxıllarının sayı 160-dan (1970) 340-a (1998) qədər artmışdır; 2012-ci il üçün proqnozlaşdırılan trend 4.945-dir. Bu yüksək rəqabətli bazarda, səhər yeməyində istifadə edilən taxılların istehsalı ilə məşğul olan şirkətlər getdikcə artan sayda müxtəlif ləzzətlərdə olan dənli bitkilər inkişaf etdirmişdirlər. Bir çox sadə buğda və ağ yulaf əsaslı dənlər mövcud olsa da, digər tatlar şirindir.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Yemək çubuqları
Yemək çubuqları ya Çapstiklər (ing. Chopsticks) — qısa quşburun bərabər uzunluqlu cüt istifadə olununan çubuqlardır ki Çin, Monqolustan, Yaponiya, Koreya, Vyetnamda və Laos, Tayland və Myanmanın şimal əyalətlərinə ənənəvi yemək alətləri kimi istifadə olunur. Ümumiyyətlə qədim Çində başlanğıcının qoyulması inanılır. Yemək çubuqları ən çox, ağac, bambuk və ya plastikdən hazırlanır, amma metal, sümük və fildişindən də hazırlanır. Yemək çubuqlarına Yaponca haşi (箸), Koreyaca jeotqarak (젓가락) və Çincə kuaizi (筷子) deyilir. Yemək çubuqları əsas əldə baş barmağ ilə barmağlar arasında saxlanılır və qida parçaların qaldırmaq üçün istifadə olunur. Aşağı yemək çubuğu sabitdir və baş barmaq bazası və üzük barmağının üst qisimi aralarında yerləşdirilir, yuxarı yemək çubuğu isə baş barmaqın üst qisimində və orta və işarə barmaqlarında yerləşdirilir və qida qaldırmaq üçün hərəkət etdirilir. A gallery of chopstick images Bring Your Own Chopsticks Movement Gains Traction in Asia Arxivləşdirilib 2007-03-07 at the Wayback Machine, article examining the link between chopsticks and deforestation How to use Chopsticks?
Yeməklər
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Yeməli abelmoş
Bamiyə (lat. Abelmoschus esculentus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid bitki növü. Hündürlüyü 1,5 m-ə çatır. Xarici görünüşünə və çiçəklərinə görə pambıq koluna oxşayır. Vətəni Şərqi Afrikadır. Bamiyənin yetişməmiş meyvəsi tərəvəz kimi işlədilir (xörəyə tökülür, salat və konserv hazırlanmasında istifadə edilir); gövdəsindən qaba lif alınır. Qovrulmuş toxumundan qəhvə surroqatı hazırlanır. Tropik və subtropik ölkələrdə, Şimali Amerika və Cənubi Avropada bir çox sortu yetişdirilir. Bamiyə Azərbaycanda da (əsasən Xaçmaz rayonunda) əkilir. Bamiyə sözünün mənşəyi ərəbcə eyni məna daşıyan باميا (bāmiyā) sözünə əsaslanır.
Yeməli doqquzdon
Yeməli doqquzdon (lat. Lonicera edulis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Əsasən Şərqi Sibirdə, Uzaq Şərqdə bitir. Hündürlüyü 0,6-1 m-ə çatan alçaqboylu koldur. Cavan budaqları nazik və sıx tükcüklüdür. Bitki yaşlandıqca budaqları çılpaqlaşır. Yarpaqları nazik, ensiz neştərvaridir, saplağı qısadır. Çiçəkləri nektarlı, qıfvari formalı, süpürgəvari çiçək qrupunda olmaqla yarpaq qoltuğunda yerləşir, ləçəkləri sarı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi tünd-göyümtül rəngli, 9-12 mm uzunluğunda olmaqla, silindrvarı formadadır, əsasən iyul ayında yetişir.
Yeməli giləzəhər
Yeməli topalaq
Yeməli topalaq (lat. Cyperus esculentus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Cyperus aureus subsp.
Yeməli yosunlar
Yeməli yosunlar — Yosunlar göbələklər kimi yeyilən və yeyilməyən olur. Yeyilən yosunlar dəniz yosunlarıdır. Şirin su yosunları zəhərli ola bilər. Dəniz otları fibra (liflər), minerallar, mikroelementlər və vitaminlərlə zəngindir (xüsusilə kalsiumla). Tam proteinlidir" , yəni tərkibində insan orqanizmi üçün vacib olan doqquz aminoturşunun adekvat proporsiyası var. Yeyilən yosunları xüsusən onların yodla zənginliyi və sağlam tiroid üçün əhəmiyyətidir. Tiroid metabolizmi və bədən temperaturunu requlyasiya edir. Ona görə yosunlar çəki probleminə də kömək edə bilir. Bundan başqa təbii diuretikdirlər (sidik ifrazını gücləndirirlər). Bəzi yosunlar, məsələn mozuku (yaponca) yosunu, hətta xərçəng müalicəsində istifadə olunur.
Yeməzli
Yeməzli (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Orta Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd.
Yeməzli (Qafan)
Yeməzli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 10 km şərqdə, Xalac çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı 1907-ci ildə erməni dilində çap edilmiş «Qafqazda erməni-türk vuruşması» əsərində Yemazlu formasında qeyd edilmişdir. Toponim yeməzli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qarabağda yaşayan tayfalardan biri elə ətyeməzli adlanırdı. Kənddə 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 278 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 110 nəfər, 1904-cü ildə 130 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar.
Yuxarı Yeməzli
Yuxarı Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Çempionlar üçün səhər yeməyi (roman)
Çempionlar üçün səhər yeməyi — Kurt Vonnequtun 1973-cü ildə yazdığı romandır. Əsərin əsasında 1999-cu ildə Alan Rudolf tərəfindən eyniadlı film çəkilib. Müəllifin ön sözündə Vonnequt yazırdı ki, bu kitab onun əlli illik yubileyində özünə hədiyyədir. "Palm Sunday" kitabının 18-ci fəslində: "Avtobioqrafik kollaj", "Seksual İnqilab", Vonnequt əsərlərini qiymətləndirir; O, “Çempionlar üçün səhər yeməyi”ni 5 baldan 3 balla qiymətləndirdi. Distopiya romanı ədəbi mükafatların keçiriləcəyi qondarma Midlend Siti şəhərində cərəyan edir. Mərkəzi personaj Kurt Vonnegutun romanlarının kəsişən qəhrəmanıdır yazıçı Kilgore Troutdur. İkinci əsas personaj "Pontiac" satan bir şirkətin hörmətli sahibi, tədricən ağlını itirən Dueyn Huverdir. Buna səbəb yuxarıda adı çəkilən Kilgore Troutun “İndi hər şeyi danışmaq olar” kitabı idi. Müəllif hərəkətə müdaxilə edir və onu şərh edir, təsvir olunan hər şeyi öz ixtirasının bəhrəsi olduğunu bəyan edir və bu və ya digər povest hərəkətinin motivlərini oxuculara izah edir. Sonda o, öz personajı Kilgore Trout ilə birbaşa dialoqa girir.

Digər lüğətlərdə