YOXSULLAŞMAQ [Xaqani:] Şamaxı bazarı zəngin bazardır; Əfsus, yoxsullaşır get-gedə bir az (M.Rahim); ƏLİ AŞAĞI DÜŞMƏK Şərəf xanım: Uşaqlar artıbdır. Kişinin də əli aşağı düşmüşdür (S.S.Axundov); KASIB DÜŞMƏK Hacı Mehdi: İndi, fələyin beli sınsın, çarxı tərs döndü, kasıb düşdük (Ə.Haqverdiyev); KASIBLAŞMAQ İlyas: Bir az kasıbladıq (M.Hüseyn); LÜTLƏŞMƏK (məc.) Onlar varlanmaq əvəzinə daha da lütləşir.. (M.Hüseyn).