ÇOXMƏNALI (sözlərin bir neçə məna bildirməsi) Çoxmənalı sözlər bu və ya başqa bir əşyanın, hadisənin, prosesin, keyfiyyətin və s. adını ifadə edən müəyyən səs tərkiblərinin başqa bir əşyada, hadisədə, prosesdə, keyfiyyətdə olan oxşar əlamət və s. vəzifənin adını ifadə etməyə keçməsi ilə əmələ gəlir (N.Məmmədov, A.Axundov); POLİSEMANTİK Beləliklə, bir sözün ilk mənasından əmələ gələn başqa mənalar onun məna çalarlığı adlanır və belə sözə çoxmənalı (polisemantik) söz deyilir (S.Cəfərov).