ÇUBUQVARİ

sif. Çubuq kimi nazik və düz.
ÇUBUQLAŞMAQ
ÇUDU
OBASTAN VİKİ
Çubuqvari evkalipt
Çubuqvari evkalipt (lat. Eucalyptus viminalis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Əsas arealı subtropik ölkələrdir. Tasmaniya, Yeni Cənubi Uels və Viktoriya ştatları, Kvinlend və Cənubi Avstraliyada 900 m yüksəklikdə, dağların zirvəsində yayılmışdır. Hündürlüyü 45–50 m olan, sallaq budaqlı, dekorativ ağacdır. Gövdəsinin qabığı hamar və ağ, vaxtaşırı lentvari soyularaq ağacda sallaq vəziyyətdə qalır, sərtləşir ya da tökülür. Zoğun orta sahəsində yarpaqlar açıq və ya tünd yaşıl rəngli, növbəli, saplaqlı, küt neştərvari, uzunluğu 8-27 sm, eni 4-5 sm olub, yastı və dalğavaridir. Cavan yarpaqlar oturaq və zoğda qarşı-qarşıya yerləşmiş, bəzən yarpağı bükülmüş halda olur, dar və ya geniş neştərvari olub, uzunluğu 5-10 sm, eni 1,3-3 sm, tünd və ya açıq yaşıl rəngli, parlaqdır. Yetkin fərdlərdə də yarpaq növbəli və saplaqlı, neştər və ya oraqvari, uzunluğu 11-18 sm, eni 1,5-2 sm-ə çatır, açıq yaşıl rəngli, yastı və dalğavaridir. Çıçəkləri 3, bəzən 6-8 olmaqla çətir çiçək qrupunda yarpaq qoltuğunda yerləşir, çıçək saplağı qısa və ya oturaqdır.

Digər lüğətlərdə