1. bot. Nişasta ilə zəngin meyvələri bişirilmiş və ya qızardılmış halda yeyilən tropik ağac.
Tropik meşələrə məxsus nadir bitkilərdən biri də çörəkağacıdır.
2. məc. dan. Yaşama mənbəyi, dolanacaq vasitəsi, gəlir mənbəyi.
Çörəkağacı olan skripkası [Məzluma] yenə səadət gətirəcəkdir.
[Mədən müdiri:] Axı mədən sizin [fəhlələrin] çörəkağacıdır.