ÇƏKİLLİK is. Çoxlu çəkil əkilmiş sahə, çəkil bağı. Çəkilliyi sulamaq. – Yayın cırcıramalı günlərindən birində Səltənətlə Cəmil kəndin qırağındakı çəkillikdə görüşdülər. Ə.Vəliyev. …Məsmə, Səkinə, Pəri çəkillikdə ipəkqurdu üçün budaq qırır, şələləyərək daşıyırdılar. Mir Cəlal.