ÇƏMBƏRƏ

I
(Balakən, Basarkeçər, Göyçay, Oğuz, Şəki, Zaqatala)
arabanın və ya xışın qolunu boyunduruğa birləşdirən qayış və ya zəncir. – Arabanın çəmbərəsi qırıldı; – Qayışdan da olurdu çəmbərə, cır tənəx’dən də olurdu (Şəki); – Çəmbərə boyunduruğa keçirilir (Oğuz); – Çəmbərni yağladınmı? (Göyçay)
II
(Borçalı, Gədəbəy)
motalın ağzına dairəvi şəkildə tikilən çubuq. – Çəmbərəsiz eymə oloymu, ay qız? (Gədəbəy); – Çəmbərə eymənin ağzını açıx saxlıyer (Borçalı)
III
(Bakı, Şamaxı)
təzək. – Çəmbərə yekə təzəkdi (Şamaxı); – Çəmbərəyə ot vurdun? (Bakı)
IV
(Gədəbəy, Tovuz)
araba təkərinin qövs şəklində olan ağac hissələri. – Təkərin çəmbərəsi palıddan qayrıler (Gədəbəy)
V
(Zaqatala)
dəhrənin sapına keçirilən dəmir halqa
ÇƏMBƏRBAZ
ÇƏMBƏRƏK
OBASTAN VİKİ
Aşağı Çəmbərək
Aşağı Çəmbərək — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndi XIX əsrdə rayondakı Çəmbərək kəndindən köçənlər salmışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözündən və Azərbaycan dilində şam ağacının adını ifadə edən çam sözü ilə baraq türk etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Yuxarı Çəmbərək
Yuxarı Çəmbərək - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Yuxarı Çambarək formasında qeyd edilir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən Azərbaycan dilində şam ağacın adını bildirən çam sözü ilə baraq türk etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir.
Çəmbərək
Çəmbərək, Krasnoselo, Qırmızıkənd — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) şəhər. Qırmızıkənd rayonunun inzibati mərkəzi. Çəmbərək rayonu Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşir. Şəhərdən paytaxt İrəvan şəhərinə olan məsafə 125 km-dir. == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Çəmbərək rayonu
Krasnoselsk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalı (6 kənd) və Qaraqoyunlu dərəsi (8 kənd) ərazisində rayon. Hazırda Ermənistanın Geğarkunik marzının (vilayət) tərkibindədir. Mərkəzi Çəmbərək (Krasnoselo) şəhəridir. == Haqqında == 1920-ci ilin sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının tərkibində olmuşdur. Sonralar Sovet hakimiyyəti illərində Göyçə mahalı beş inzibati rayon arasında bölündüyündən Çəmbərək rayonu Göyçə mahalının tərkibinə daxil olmuşdur: Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu, Yelenovka rayonu və Krasnoselsk rayonu. 1937-ci il dekabrın 31-də yaradılıb. Həmin ilə qədər Dilican rayonunun tərkibinə daxil olub. Ərazisi 697 kv km-dir. Rayon mərkəzi Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşən Qırmızıkənd (dəyişdirilmiş adı Mixaylovka, Krasnoselsk) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 125 km-dir.
Çəmbərəkənd
Çəmbərəkənd (əvvəlki adı: Çəmbərxaç) — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Köhnəkənd kənd Sovetindən Çəmbərxaç kəndi İrçan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsi bəysülülər nəslinə mənsub ailələrin Çəmbərəxaç adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, burada üstündə xaç şəkli olan çəmbərə (yumru) formalı dağ var imiş. Oykonim "üzərində xaç olan yumru dağ" mənasındadır. Qəbələ rayonu ərazisində Çəmbərov (dairəvi su) bulağı adlı su obyekti qeydə alınmışdır. Çəmbərə (dairə, əyri, qövs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, "dairəvari, qövsvari kənd" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Çəmbərəkənd məhəlləsi
Çəmbərəkənd məhəlləsi — Bakı şəhərində coğrafi ərazi və keçmiş yaşayış sahəsi. Bakı məhəllərindən biri. Dağlı məhəlləsi ilə həmsərhəd olub. Çəmbərəkənd məhəlləsində 2 məhəllə məscidi mövcud olub Adı dəyişdirilərək Lermontov qoyulmuşdur. == Adı == Çəmbərə (dairə, əyri, qovs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, "dairəvari, qovsvari kənd" mənasındadır. Kənd həqiqətən də ətrafa nisbətən bir qədər yüksəklikdə, dairəvi sahədə yerləşmişdir.
Çəmbərəkənd parkı
Çəmbərəkənd parkı – Azərbaycanın Bakı şəhərinin Səbail rayonunda yerləşən park. 8 iyun 2022-ci ildə açılıb. Açılışda Azərbaycan prezidenti İlham Əliyev də iştirak etmişdir.Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış parkda yaşıllaşdırma işləri aparılmış, 1200 metr uzunluğunda piyada yolları salınmış, sakinlərin asudə vaxtlarını keçirmələri üçün şərait yaradılmışdır. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınmış, şəhər mənzərəli iki terras düzəldilmiş, müasir üslubda fəvvarə inşa edilmiş, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilmişdir. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilmişdir. Həmçinin ərazidə idman və uşaq əyləncə qurğuları quraşdırılmışdır. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənmiş, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilmişdir.
Çəmbərəkənd qəbiristanlığı
Çəmbərəkənd qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1939-cu ilə qədər mövcud olan qəbiristanlıq . Qəbirstanlıqda 1883-cü il iyuluna kimi şəhər sakinlərini dəfn edilirdi. Qəbiristanlıq Bakı qəsrinin cənub-qərb hissəsində, Bakının ətrafı olan Çəmbərəkənd kəndinin şərqindəki, Bakının şimal-şərq yamacında, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq üç hissədən ibarətdir: şimalda köhnə müsəlman, mərkəzidə köhnə Erməni Həvari və cənubda köhnə pravoslav qəbiristanlıq lar. Çəmbərəkənd qəbiristanlığından Aşağı Çəmbərəkənd küçəsi ayırırdı. == Tarixi == === Erkən tarixi === 1820-ci illərdə qəbiristanlıq şəhərin kənarında, qala divarlarının arxasında yerləşirdi. Lakin vaxt keçdikcə, şəhər böyüyməyə başladı və divardan kənara çıxdıqdan sonra, Çəmbərəkənd qəbiristanlığı şəhərin yaşayış binaları arasında qaldı. Memar Lev İlyinin sözlərinə görə, qədim zamanlardan bu qədim qəbiristanlıq qədim şəhər qalasının qərbindəki Çəmbərəkənd yaxınlığındakı təpələrə yerləşirdi. Onlar teraslarla dağlıq platoya yüksəlib və qatlarda yerləşirdi. Daha sonrakı qəbiristanlıqlar - erməni və rus qəbiristanlıqları - şəhər üzərində məkanları tutmuşdur.Ehtimal olunur ki, qəbiristanlığın bu ərazisində və qala üçün birbaşa bitişik bir sıra məzarların olması, müdafiə məqsədləri səbəbindən inşa olunmayıb.
Çəmbərəxaç
Çəmbərəkənd (əvvəlki adı: Çəmbərxaç) — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Köhnəkənd kənd Sovetindən Çəmbərxaç kəndi İrçan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsi bəysülülər nəslinə mənsub ailələrin Çəmbərəxaç adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, burada üstündə xaç şəkli olan çəmbərə (yumru) formalı dağ var imiş. Oykonim "üzərində xaç olan yumru dağ" mənasındadır. Qəbələ rayonu ərazisində Çəmbərov (dairəvi su) bulağı adlı su obyekti qeydə alınmışdır. Çəmbərə (dairə, əyri, qövs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, "dairəvari, qövsvari kənd" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
безда́рно выкривля́ться гранатомёт капели́ровать митингова́ние поту́скнуть прояви́ться разрежённость толстоподо́швенный хладнокро́вно блефану́ть в си́лу того, что комбинезо́н накорми́ть переигра́ть полново́дье готовый ice-skater orris вмерзать добавить напухнуть пистонный радиотехника свекровь