ŞAİTDİN

dinin şahidliyi, dinin gözəli.
ŞAİRƏ
ŞAKİR
OBASTAN VİKİ
Şaitdin Əliyev
Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. == Həyatı == Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Şaitdin Əliyev ailəlidir, beş övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.