Şücaəddin Əhməd xan
Şücaəddin Əhməd xan ibn Məhəmməd xan (1570 – 1618) — Turfanın, Çalışın (1635–1668), Məmləkəti-Moğoliyyənin və Yarkənd xanlığının hakimi.
Şücaəddin Əhməd xan ibn Məhəmməd xan 1570-ci ildə Çalışda anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət Şah xanın əsirliyində yaşamışdı. 1590–1596-cı illərdə sultan titulu ilə Aksu və Uç şəhərlərinin hakimi olmuşdu. 1596–1610-cu illərdə Qaşqar və Yengihisar şəhərlərinə başçılıq etmişdi.
Tarixçi Şah Mahmud ibn Fazil Çuras qeyd edir ki, "Şah Şücaəddin Əhməd xan müdrik, dözümlü, təmkinli bir hökmdar idi". 1618-ci ildə eşikağası Əbul-Məaninin və Sarıkol hakimi Məhəmmədqasım bəyin sui-qəsdi nəticəsində öldürülmüşdü. Qəsdçilər onun əmisi oğlu II Qürreyş xanı hakimiyyətə dəvət etmişdilər.
Şah Mahmud ibn Fazil Çuras, Xronika, Moskva, "Nauka", 1976.