ŞƏRƏFYAB

sif. [ ər. şərəf və fars. yab] klas. Şərəf və hörmət qazanan, şərəflənən. □ Şərəfyab etmək klas. tənt. – şərəfləndirmək.
Hər ayinə belə olsa, o öz mədhiyyələrini və qəsidələrini söylər, məxlüqati-aləmi küllən feyzyab və şərəfyab edər. S.Rəhimov.
Şərəfyab olmaq klas. tənt.
…şərəfinə nail olmaq,
…şərəf və etibarını qazanmaq.
[Səttarxan:] Ağaların burada olduğu vaxtda şərəfyab olmaq lazım idi. P.Makulu.

ŞƏRƏFSİZLİK
ŞƏRƏN

Digər lüğətlərdə