ƏLİYUSİF

Əli və Yusif adlarındandır.
ƏLİYULLA
ƏLİZADƏ
OBASTAN VİKİ
Əliyusif Cəfərov
Cəfərov Əliyusif Abutalıb oğlu — Azərbaycan ziyalısı. Fizika – riyaziyyat sahəsində mütəxəssis və pedaqoq. == Həyatı == Cəfərov Əliyusif Abutalıb oğlu (14.1.1901, Bakı - 03.01.1938) Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı kişi gimnaziyasını bitirmişdir 1919). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini fizika – riyaziyyat sahəsində davam etdirmək üçün Türkiyəyə göndərilmişdir. Cəfərov Əliyusif Abutalıb oğlu (1901) SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 03.01.1938-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir.
Əliyusif Qocamanov
Əliyusif Qocamanov - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Əliyusif Qocamanov 1933-cü il 1 iyunda Bakıda anadan olub. Naxçıvan mehmanxanasındakı qəzet köşkündə satıcı, Kasparda isə matros işləyib. Üç övladı var. Mərhum o gecə güllə səsinə küçəyə çıxıb. Xəzər kinoteatrının yanında ürəyindən yaralanıb. Semaşko adına xəstəxanaya gətirilib. Qohumları meyidini yanvarın 20-də mərkəzi ölüxanadan tapıb. Pirşağıda dəfn edilib.