ƏRZİNDƏ

zərf İçərisində, müddətində. Üç gün ərzində. Bir il ərzində. Bu iki həftənin ərzində.
– O qədər ləziz xörəklər ki bircə ramazan ayında ortalığa gəlir, qeyri bu bir ayın ərzində gəlmir. C.Məmmədquluzadə.
Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin ərzində su ilə od arasında bişib-bərkidikdə əsla azar-bezar bilməzdi. S.M.Qənizadə.

ƏRZƏN
ƏSA

Digər lüğətlərdə