ÇAXÇAX

(Balakən, Gədəbəy, Kürdəmir, Qazax, Qax, Zaqatala)
1. yerə basdırılmış dirəklərə köndələn ağaclar vurmaqla düzəldilən hasar (Zaqatala, Balakən, Kürdəmir); – Çaxçaxı hündür eləsən mal aşmaz onu (Kürdəmir); – Evin ətrafına çaxçax vurdurmuşam (Balakən); – Qara at qaşdı getdi, çaxçaxdan aşdı getdi (Zaqatala)
2. həyətin və ya bağçanın girəcəyində düzəldilən qapı (Borçalı, Kürdəmir, Tovuz, Zaqatala); – Ay qız, çaxçaxı bağla, bağa heyvan girər (Tovuz); – Çaxçax xalxalın qapısıdı (Borçalı); – Heyvanı qəhələ sal, çaxçaxı ört (Kürdəmir)
ÇAĞLI
ÇAXÇAVER
OBASTAN VİKİ
Çaxçaxlı
Çaxçalı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Oykonim çaxçax (ağac çəpər) sözündən və -lı şəkilçisindən düzəlib, "ağac çəpərlə bağlanmış yer" mənasındadır. Cərgə ilə əkilmiş ağaclardan çəpər kimi istifadə etmək rayonun ərazisi üçün xarakterikdir.

Digər lüğətlərdə