ÇÖKDÜRMƏK
ÇÖKƏKLİK
OBASTAN VİKİ
Çökək
Çökək Hamam
Çökək hamam — Gəncədəki Cümə Məscidi yaxınlığında yerləşən tarixi hamamdır. 1606-cı ildə memar Şeyx Bəhaəddinin layihəsi əsasında Gəncədə tikilmişdir. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Bina günbəzlidir. Tikilidə bir ara dekorativ sənət mərkəzi yerləşmişdir. 2013-cü ildə təmir işləri aparıldıqdan sonra tarixi abidəni "V&GO" Hoteli qanunsuz olaraq hamam-saunaya çevirmişdir. Səfəvi hökmdarı I Abbasın əmri ilə 1601-ci ildə Gəncədə Cümə məscidinin (yaxud Şah Abbas məscidi) inşasına başlanılmışdır. 1606-cı ildə Cümə məscidinin inşasından bir müddət sonra memar Şeyx Bahəddin həmin il bir az yaxınlıqda Çökək hamamın tikintisinə başlayıb. Hamamın tikintisində o zamanın ənənəvi materialları – qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub.
Çökək Xuluf
Çökək Xuluf — Azərbaycan Respublikasının Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibindəki Çökək Xuluf kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Aleut çökəkliyi
Aleut çökəkliyi — Sakit okeannın şimalında yerləşən çökəklik. Çökəklik Alyaska yarımadası sahillərindən başlayaraq Kamçatka sahillərinə qədər uzanır. Çökəklik 3400 km məsafədə uzanır və maksimal dərinliyi 7679 metrdir. Litosfer tavalarının sərhəddində yerləşir. Çökəklik Sakit okean plitəsi Şimali Amerika plitəsinin altına keçdiyi ərazidə formalaşmışdır. Çökəkliyin qərbində yerləşən Komandor adalarında cənub istiqamətində Kuril-Kamçatka çökəkliyi başlayır.
Amundsen çökəkliyi
Amundsen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Lomonosov silsiləsi arasında yerləşən okean çökəklliyi. Çökəkliyin uzunluğu 2000 km, eni 200—400 km, dərinliyi isə 4485 metrdir. Çöküntülərin qalınlığı təxminən 2000 metrə bərabərdir. Çökəkliyin dibi dəmir–manqan gilli lildən ibarətdir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Roald Amundsenin adından almışdır.
Göl çökəkliyi
Göl çökəkliyi — yer səthində gölün suyu yerləşən çökəklik. Gölün suyunun maksimal səviyyəsində gölün su ilə örtülən hissəsinə gölün yatağı (navalçası) və ya gölün kasası deyilir. G.c.endogen və ekzogen proseslərin, eləcə də insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir. Bənd tipli çökəkliklər su anbarının tikilməsi sayəsində də yaranır.
Kermadek çökəkliyi
Kermadek çökəkliyi — Sakit okeanın cənub-qərb hissəsində 10 047 m dərinliyində yerləşən dünyanın ən dərinsulu çökəkliklərindən biri. Sakit okean plitəsi Hind-Avstraliya plitəsinin altına subduksiya etməsi nəticəsində yaranıb. Kermadek adalarının şərq dağətəyində meridional istiqamətdə yerləşir. Uzunluğu 1200 km. Kermadek 1889-cu ildə "Penguin" ("Pinqvin") adlı Britaniya gəmi ekspedisiyası tərəfindən tapılıb. Onun dərinliyini 1958-ci ildə Sovet elmi-tədqiqat gəmisi "Vityaz" ölçüb. Çökəklik Yuon de Kermadekin şərəfinə adlandırılıb.
Konqo çökəkliyi
Konqo çökəkliyi — Mərkəzi Afrikada 300–500 m hündürlükdə yerləşən və diametri təxminən 1000 km olan çökəklik. Afrika platformasının sinekliz zonasına aiddi. Konqo çayı onu drenaj edir. Bitki örtüyü rütubətli qalın həmişəyaşıl və yarpağıtökülən həmişəyaşıl tropik meşələrindən ibarətdir. == Coğrafiyası == Sahəsi təxminən 1 milyon kilometr təşkil edir; onun şimaldan cənuba və qərbdən şərqə ölçüsü təxminən 1 000 km. Əsas çayı Konqodu, çökəkıiyin ərazisində həmçinin çoxlu göl və bataqlıqlar var. == Geologiya == Strukturasına görə Konqo çökəkliyi Kembri dövründən əvvəl yaranan Afrika platformasının sinekliz zonasına aiddi. Platformanın kristallik bünövrəsinin yeraltı (500—1000 metrdən çox dərinliydə yerləşir) çıxıntısı sineklizi şimal və cənub çökəkliylərinə bölür, onların mərkəzi hissələrində bünövrə daha 3000 metr dərinliyinə endirilib. == Relyefi == Konqo çökəkliyi yarus quruluşu ilə səciyyələnir. Ən aşağı (300–400 m) və gənc (Holosen) yarus çoxsaylı çayların geniş, daha çox bataqlaşmış subasar vadilərini yaradır, həmən vadilər çökəkliyin mərkəzi hissəsində vahid yastı olan və vaxtaşırı batırılan allüvial düzənlik yaradırlar.
Kumo-Manıç çökəkliyi
Kumo-Manıç çökəkliyi (rus. Кумо-Манычская впадина) — Ergeninskaya və Stavropol alçaq dağlıqlarını ayıran dar ovalıq. Geoloji keçmişdə Qara və Xəzər dənizlərini birləşdirən qədim boğazdır. Hazırda Kuban-Priazovskaya və Xəzər ovalıqlarını birləşdirir. Kumo-Manıç ovalığı və Kumo-Manıç bərzəxi kimi də tanınır. Eni 20–30 km (mərkəzi hissədə 1–2 km-ə qədər), uzunluğu 500 km-dən çoxdur. Asiya ilə Avropa arasında sərhəd çəkmə seçimlərindən biri də Kumo-Manıç çökəkliyi boyunca uzanır. 17–15 min il əvvəl Novoevsin hövzəsi Manıç-Kerç kanalı vastəsi ilə Erkən Xvalın hövzəsi ilə əlaqələnirdi. == Relyefi və geoloji quruluşu == Kumo-Manıç çökəkliyi tektonik mənşəlidir və çökəklikdə yerləşir. Tarixi İskit lövhəsinin platforma örtüyünün meydana gəlməsinin başlanğıcına qədər davam etmişdir.
Kuril-Kamçatka çökəkliyi
Kuril-Kamçatka çökəkliyi — Sakit okeannın şimal-qərbində yerləşən çokəklik. Çökəklik Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 2170 km məsafədə uzanır və orta eni 59 km-dir. Maksimal dərinliyi 10542 metrdir (44°00′46″ şm. e. 150°19′13″ ş. u.). Şökəklik pilləvari queuluşa sahibdir. Burada yamacların dikliyi 7°-dir. bir çox güşlü zəlzələlərin episentri rolunu oynayır.
Kür dağarası çökəkliyi təbii vilayətinin iqlimi
Kür çökəkliyi fiziki-coğrafi vilayəti
Kür çökəkliyi fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, Şirvan, Muğan, Mil, Salyan, Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, Gəyən və s.) düzləri yerləşir. Kaynozoy yaşlı (xüsusilə, Dördüncü dövr) çöküntülər üstünlük təşkil edir. Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gətirdiyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayət neft, təbii qaz, müxtəlif tikinti materialları ehtiyatlarına malikdir. Dünyada yeganə müalicə nefti də burada (Naftalanda) yerləşir. Geoloji vahidləri - Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Mil, Muğan, Salyan, Gəncə-Qazax düzənlikləri, Acınohur-Ceyrançöi ön dağlığı, Qanıx-Əyriçay vadisi. Faydalı qazıntıları - neft-qaz, tikinti materialları, Naftalan müalicə nefti, palçıq vulkanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur.
Loru çökəkliyi
Loru çökəyi və ya Loru düzü və ya Loru çölü və ya Loru yaylası — tarixi Loru mahalında, keçmiş Gürcüstan quberniyasının Borçalı distansiyasında, Tiflis quberniyasının Borçalı qəzasında, hazırkı Ermənistan Respublikasının şimalında, Loru mərzində (erm. Լոռու մարզ) düzənlik. Uzunluğu 50 km, eni isə 20–30 km-dir. Qaraağac, Ağzıböyük və Bozabdulla dağ silsilələrinin əhatəsində yerləşir.
Lənkəran çökəkliyi
Lənkəran çökəkliyi - Xəzər dənizinin cənubunda yerləşən çökəklik. Xəzər dənizinin «Cənubi Xəzər» adlanan hissəsində yerləşir. Çökəkliyin maksimal dərinliyi 1025 metrdir. Öz adını Azərbaycanın Lənkəran şəhərindən almışdır.
Marian çökəkliyi
Marian çökəkliyi — Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb. Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir. == Tədqiqatlar == Çökəklikdə ilk ölçülməni elə buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya üç dor korveti 1875-ci ildə etmişdir.
Mədək çökəkliyi
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Quba rayonunda Qaraçayın sağ sahilində "Madak" (Mədək) adlı dağlararası maili çökəklik vardır. Çökəkliyin mərkəzi hissəsində yerləşən qaya "Madak" (Mədək) qayası, çökəklikdə olan yarğan "Madak" (Mədək) yarğanı adlanır. Qədim Roma və Afina dövlətlərində kənardan gələnləri "gəlmə" və yaxud "metekler" adlandırırdılar. Vaxtı ilə "Madak" (Mədək) də balaca bir kənd olmuşdur. Kənd sakinlərinin ilkini Buduq kəndindən gələnlərdir. Böyük Vətən müharibəsindən sonra Madakın adamları qonşu Dalıqaya kəndinə köçüb gəlmişlər. Hazırda "Madak"-da (Mədəkdə) heç bir yaşayış binası yoxdur. "Madak"ın ikinci adı "Qəmçə"dir. "Qəmçə"-"Kəmcik" mənasındadır.
Nansen çökəkliyi
Nansen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Şpitsbergen-Şimaltorpağı materik yamacı arasında yerləşən okean çökəklliyi. Çökəkliyin orta dərinliyi 3430 m, maksimal dərinliyi isə 3975 metrdir. Çökəkliyin qərbində dərinliyi 5449 metr olan Litke sualtı dərəsi yerləşir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Frityof Nansenin adından almışdır.
Okean çökəkliyi
Okean çökəkliyi (rus. океанская котловина; ing. oceanic basin) — okean dibi relyefinin ən iri elementi və tektonik strukturu, materik yamacı, sualtı silsilələr, tirələr və yüksəkliklərlə əhatələnən geniş çökəklik. Okean çökəkliyi bir-birilə dərin keçidlərlə birləşə bilər. Okean dibində yerləşən bu çökəkliklərin orta dərinliyi 5 min metrə çatır.
Qrabenvari çökəklik
Qrabenvari çökəklik (rus. грабенообразный прогиб, ing. graben-like depression) — uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Tıva çökəkliyi
Tıva çökəkliyi — Rusiya Federasiyası, Tıva Respublikasında, Yeniseyin yuxarı hissəsindəki dağlar arası relyefin alçalması. Hövzə Qərbi Sayan, Şərqi Sayan, Altay və Tannu-Ola silsilələri ilə məhdudlaşır. Uzunluğu təxminən 400 km, eni 25 ilə 60-70 km. Hündürlüyü 600 ilə 900 m arasında dəyişir. Torpağın təpəli-düz təbiəti, kiçik təpələr və çöllər bölgə üçün xarakterikdir. Dərə Yuxarı Yenisey (Uluq-Xem) vadisindən kəsilir. Qərb və şərq hissələrə, müvafiq olaraq Kemçik və Uluq-Kem hövzələrinə bölünür. Yerlərdə qonşu silsilələrin dalanları boşluğa çıxır. Heyvandarlıq (əsasən ətlik və yunluq qoyunçuluq), taxıl bitkilərinin becərilməsi (buğda, arpa, darı) və kömür hasilatı inkişaf etmişdir. Zəngin daş kömür yatağı olan Uluq-Xem hövzəsi çökəklikdə yerləşir.
Yapon çökəkliyi
Yapon çökəkliyi və ya Yapon novu — Sakit okeanda çokəklik, Honşu adasından şərqdədir. Uzunluğu təqribən 670 km, dərinliyi 8412 m-ə qədərdir. Yamacları dikdir (6 – 8°, bəzi yerlərdə daha çox). Dibi akkumulyativ düzənlikdir (eni 20 – 30 km).
Yava çökəkliyi
Yava çökəkliyi və ya Zond çökəkliyi — Hind okeanının şərq hissəsində çokəklik. Myanma sahillərindən (təqribən 13° şimal enliyi) başlayaraq Andaman, Nikobar və Böyük Zond adalarının sualtı yamacları boyunca uzanır. Uzunluğu təqribən 2900 km, maksimum dərinliyi 7130 m (digər məlumatlara görə 7209 m və 7450 m), eni 35 km-ə qədərdir. Dib çöküntüləri terrigen lillər və vulkanogen materiallarıdır. ASE, V cild, Bakı, 1981, səh.
Çökəklik karstı
Çökəkqanadlılar
Çökəkqanadlılar (lat. Gelechiidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə